"Evlərim, maşınlarım var, qabırğanı nə edirəm?” - Ayan Babakişiyeva (VİDEO)
ARB TV-nin “Hüseynova bacıları” verlişinin növbəti qonağı müğənni Ayan Babakişiyeva olub.
Müğənni verdiyi qalmaqallı müsahibəyə aydınlıq gətirib:
“Hər şeyin düzü, insanların iç səsini deyirəm. Sadəcə məni daşıya biləcək insan olmasını deyirəm. Bunun pis nəyi var? Adi bir vətəndaş qıza elçi gedəndə ata-anası evinin, maşınının, işinin olduğunu soruşur. Balasını verir, çətinliklə böyüdüb axı.
Mənim evlərim, maşınlarım da var. Mən tək yaşaya bilirəmsə, üzr istəyirəm, qabırğanı nə edirəm? Əgər məni yaşadığımdan üst səviyyədə yaşada bilərsənsə, tanış olaq, başa düşək, anlaşaq, bərabər yaşayaq.
Qız övladım böyüyür, ailə qurmaq riskli bir şeydir. Hər şeyi yüz ölçüb bir biçmək lazımdır. Ailə qurmaq sıxan ayaqqabını ayağımızdan çıxarıb başqa ölçü geyinmək deyil axı”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...