XalqXəbər.Az

www.XALQXEBER.az » Şou-Biznes » Xatirə Mətanət İsgəndərlidən yazdı: "Pislik insanın özünə qayıdır"

Xatirə Mətanət İsgəndərlidən yazdı: "Pislik insanın özünə qayıdır"

Xatirə Mətanət İsgəndərlidən yazdı: "Pislik insanın özünə qayıdır"
16-12-2020, 13:12

“Mətanət xanımı illərdir tanıyıram, öz ayaqları üstə dayanan, zəhmətkeş, zülmkar qadın, balalarını tək böyüdən ana, gəlinini sevib, ona ən gözəl daş-qaşları alıb, çoxlarının arzusunda olduğu, lakin edə bilmədiyi ulduzlarla dolu toy edən qayınana...”

PİA.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam bir neçə gündür gəlini ilə qalmaqalda adı hallanan Əməkdar artist Mətanət İsgəndərli haqda deyib.

Həmkarının zəhmətkeşliyindən bəhs edən Xatirə onun yaxşı qayınana olduğunu bildirib:

“Mən buradan üzümü tuturam sosial şəbəkələrdən istifadə edib, öz aləmində kimisə vurmağa çalışanlara, unutmayın, insanı Allah vurmasın, alçaltmasın, bəndə heç kimdir və o pislik həmin insanların özünə qayıdır. Həyatda tək qalır, bir qarnı ac, bir qarnı tox, Allah ruzini belə əsirgəyir. Mətanət xanım gəlininə hər cür şərait yaradıb, ona gözəllik salonu da açıb, bizi dəvət etmişdi. Bir qayınana daha nə etməlidir? İnanıram ki, o gəlinimiz də səhvini başa düşüb Mətanət xanımdan üzr istəyəcək. Hər evdə söz-söhbət ola bilər, bunu bayıra çıxarmaq olmaz. Bu gündən etibarən sənətdə olan hər kəsdən dönə-dönə xahiş edirəm, bizim aramızda nə olsa da bunu ictimailəşdirməyək. Hər şeyi danışıb özünüzü gözdən salmayın, bu, bizim sənətə yalnız baş alçaqlığı gətirir. Həddən artıq səmimilik insanı gülünc və ucuz göstərir”.

Qeyd edək ki, Mətanət İsgəndərlinin oğlundan boşanan Canana müğənnini saxtakar adlandırıb:

"İllərimi saxtakar qadının yanında keçirtdim. Hansı ki, yalnız özünü düşünən, özü üçün yaşayan insanların saflığından istifadə edən, öz yaşadığı pis həyatı gəlininə arzulayan saxtakar qadının. Allahın qarşısında axıtdığım hər göz yaşıma görə cavab verəcəksən”.

Gəlini ilə sənətçi arasındakı qalmaqala səbəb yaşadıqları ev olub. (Yenisabah.az )

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.