"İlk dəfə idi ki, qızıma verəcək cavabım olmadı" - Gülay Zeynallı
Müğənni Gülay Zeynallı həbs edilən keçmiş həyat yoldaşı Kamil Zeynallı və qızı Sahilə ilə bağlı duyğusal paylaşım edib.
Sənətçi onların birgə fotosunu sosial şəbəkədə bölüşərək bunları yazıb:
"Qızım, ata əsgər getdi, tez gələcək. Qızımın cavabı: Ay ana, bəs deyirdin müharibə qurtardı. İlk dəfə idi ki, qızıma verəcək cavabım olmadı. Allah heç bir valideyni övladı qarşısında cavabsız etməsin".
Qeyd edək ki, Kamil Zeynallı Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməyib. Bundan sonra K.Zeynallı polisin qanuni tələbinə tabe olmayıb. O, saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. İdmançının barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib və onun haqda 30 sutka inzibati həbs qərarı verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək