Yerli tanınmışlar qumar oyunlarını reklam edir? - İşə polis qarışacaq
Son günlər sosial şəbəkələrdə qumar oyunları ilə bağlı yayılan reklam çarxlarında tanınmış sənət adamlarının fotolarından istifadə edilir.
Axşam.az-a istinadən bildiririk ki, hansısa bir oyunun reklamında onların bizlərə oynayıb çoxlu pul qazanmaq məsləhət gördüklərinə rast gəlirik. Hətta özlərinin də bu oyun vasitəsilə yüksək pullar qazandıqları qeyd edilir.
Bu cür hadisə ilə ilk qarşılaşan aparıcı Zaur Baxşəliyev olmuşdu. Zaur sosial şəbəkədə bunla bağlı paylaşım edərək, saytlara müraciət ünvanlamış, bunun yalan olduğunu vurğulamışdı. Aparıcı hətta polisə şikayət edərək, bu hadisənin araşdırılmasını istəyib.
Daha sonra eyni görüntü sosial şəbəkədə Xalq artisti Murad Dadaşovla qarşımıza çıxdı. O da eyni Zaurun reklam etdiyi qumar oyununu məsləhət görərək, milyonlar qazanacağımızı iddia edib. Dələduzluqla məşğul olan "application" tanınmışların adından istifadə edərək insanların pullarını soymağa çalışırlar.
Bu dəfə isə saxta reklam çarxının qurbanı müğənni Nigar Camal olub. Onlar sənətçinin özü üçün çəkdiyi və İnstaqram-ında yerləşdirdiyi bir videosunu götürərək, oyunun reklam çarxını hazırlayıblar. Nigar bundan xəbərsiz olduğunu bildirib və məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirib.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...