Murad Dadaşov və Zaur Baxşəliyevin adı qumar oyunlarında...
Son vaxtlar sosial şəbəkələrdə bir sıra oyun reklamlarında məşhurların simasından, nüfuzundan istifadə edilir...
Bəs məşhurların bundan xəbəri varmı?
“Demədi Demə” yutub kanalı sözügedən məşhurlarla əlaqə saxlayıb, məsələyə münasibət öyrənib.
"Xəzər" TV-nin direktoru Murad Dadaşov bildirib ki, bu reklamlarla onun heç bir adiyyatı yoxdur:
“Mən ümumiyyətlə heç bir reklama çəkilmirəm. Təbii ki, bu reklamda da adım icazəsiz istifadə olunur. Bununla bağlı adiyyatı qurumlara müraciət edəcəyəm”.
Zaur Baxşaliyev: Bu məsələ ilə bağlı artıq polisə şikayət etmişəm. Mən və ailəm heç vaxt belə reklama çəkilməyib. Bu şəkillər montajdır.
Eldəniz Vəliyev: Adımın belə reklamlarda hallanması əlbəttə ki məni narahat edir. Amma çox təəssüf ki, saytlar, media qurumları bu məsələyə laqeyd yanaşırlar. Yəqin ki, onlar məsələnin ciddiliyinin fərqində deyillər. Lakin düşünürəm ki, bu məsələyə sərt reaksiya vrmək lazımdır. Çünki gələcəkdə bu kimi hallar daha çox ictimai nüfuza sahib insanların və onların ailə üzvlərinin başına gələ bilər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...