XalqXəbər.Az

www.XALQXEBER.az » Şou-Biznes » 400 minlik toyu ilə gündəmə gələn keçmiş məmur qızı türk seriallarına çəkilmək istəyir

400 minlik toyu ilə gündəmə gələn keçmiş məmur qızı türk seriallarına çəkilmək istəyir

400 minlik toyu ilə gündəmə gələn keçmiş məmur qızı türk seriallarına çəkilmək istəyir
23-04-2020, 17:34

400 minlik toyu ilə Azərbaycanda gündəmə gələn Bakı Lift İdarəsinin sabiq sədrinin qızı Aysel Şükürova Türkiyədə filmlərə çəkilmək istəyir.

O, buna görə Türkiyədə aktrisalıqla bağlı təhsil almaq fikrinə düşüb.

Sosial media fenomeni olaraq da tanınan Şükürova Türkiyəni çox sevdiyini orada özünü evində kimi hiss etdiyini deyib:

"Film və seriallar sahəsində yoluma davam edirəmsə bunun təməlini Türkiyədə atmaq istəyirəm. Türk serialları dünyanın bir çox ölkəsində yayımlanır. Bir çox ölkədə, xüsusən də Orta Asiyada, Balkanlarda və Yaxın Şərqdə televiziyalarda yayımlanır və cəmiyyət tərəfindən izlənir. Türkiyədə təhsili aldıqdan sonra serial və filmlərində rol alıb, özümü bu sahədə sübut etmək istəyirəm. Dünya səviyyəli aktrisa olmaq istəyirəm”.
400 minlik toyu ilə gündəmə gələn keçmiş məmur qızı türk seriallarına çəkilmək istəyir

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.