"Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq" - Zülfiyyə Xanbabayeva
"Günlərdir düşünürəm: baş verənlərdən, hazırda yaşadıqlarımızdan, gələcəkdən... Bir-birimizə qucaq açmaq, əl uzatmaq, sadə görüşlər belə sanki bizə çox görüldü. Niyə?".
Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədə yazıb. Müğənni karantin rejimindən bəhs edərək, insanları evdə qalmağa çağırıb:
"Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq bəlkə?! Çox istərdim ki, hər birimiz düşünək. Həyatda təsadüflərin olmadığından, insanlığın yaşadığı hər şeyin bir mesaj olduğundan, yaxşılıqdan və pislikdən... Hər şeydən düşünək. Tətildən, panikadan, baş verənləri şouya çevirməkdən yox, həyatımızdan, atdığımız addımlardan, haqqdan düşünək. Daha dərindən düşünək.
İnanıram! Əzizlərimizi, doğmalarımızı, dostlarımızı bərk-bərk qucaqlayıb həyatın bütün gözəlliklərini doya-doya yaşayacağımız günlər uzaqda deyil. Dualarımızı əskik etməyək".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...