"Rövşanə bizdən aldığı pullarla 4-5 ailəyə kömək etsin” – Afət Fərmanqızı
"Rövşanə xanım 15 il qabaq telekanalların birində veriliş aparırdı. O zaman bizdən yaxşı pul alırdı ki, efirə çıxartsın. Müğənnilərdən aldığı pullardan camaata kömək etsin, 4-5 ailənin ehtiyacını ödəsin”.
Bu sözləri Musavat.com-a açıqlamasında müğənni Afət Fərmanqızı deyib.
O bildirib ki, yaxşılıq etməyin tərəfdarıdır: “Ətrafımdakılara kifayət qədər yardım edirəm. Rayonda yaşayan qohumlara hər ay pul göndərirəm. Tək müğənnilər deyil, başda Rövşanə xanım olmaqla elə aparıcılar, jurnalistlər da yardım etsin. 4-5 ailəyə baxıram. Əvvəl ətrafımızdakı imkansızlara kömək edək. Milyarder deyiləm, amma Allahın verdiyi ruzini paylaşa bilirəm. Kirayə verdiyim obyektimin kirayə pulunu karantin bitənə kimi almayacam. Çünki insnaların vəziyyətindən xəbərdaram.
Düzdür, bəzən yaxşılıqlarımızın qədrini bilmirlər, üzümüzə qayıdırlar. Bacım kimi sevdiyim, hər köməyi etdiyim insan o gün üzümə elə qayıtdı ki, ruhdan düşdüm. Amma özümə söz verdim ki, nə olsa da, yardımsevərlikdən əl çəkməyəcəm. İnsanları bir-birinə yardım etməyə səsləyirəm”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...