"Rövşanə bizdən aldığı pullarla 4-5 ailəyə kömək etsin” – Afət Fərmanqızı

"Rövşanə bizdən aldığı pullarla 4-5 ailəyə kömək etsin” – Afət Fərmanqızı "Rövşanə xanım 15 il qabaq telekanalların birində veriliş aparırdı. O zaman bizdən yaxşı pul alırdı ki, efirə çıxartsın. Müğənnilərdən aldığı pullardan camaata kömək etsin, 4-5 ailənin ehtiyacını ödəsin”.
Bu sözləri Musavat.com-a açıqlamasında müğənni Afət Fərmanqızı deyib.

O bildirib ki, yaxşılıq etməyin tərəfdarıdır: “Ətrafımdakılara kifayət qədər yardım edirəm. Rayonda yaşayan qohumlara hər ay pul göndərirəm. Tək müğənnilər deyil, başda Rövşanə xanım olmaqla elə aparıcılar, jurnalistlər da yardım etsin. 4-5 ailəyə baxıram. Əvvəl ətrafımızdakı imkansızlara kömək edək. Milyarder deyiləm, amma Allahın verdiyi ruzini paylaşa bilirəm. Kirayə verdiyim obyektimin kirayə pulunu karantin bitənə kimi almayacam. Çünki insnaların vəziyyətindən xəbərdaram.

Düzdür, bəzən yaxşılıqlarımızın qədrini bilmirlər, üzümüzə qayıdırlar. Bacım kimi sevdiyim, hər köməyi etdiyim insan o gün üzümə elə qayıtdı ki, ruhdan düşdüm. Amma özümə söz verdim ki, nə olsa da, yardımsevərlikdən əl çəkməyəcəm. İnsanları bir-birinə yardım etməyə səsləyirəm”.
Geri qayıt