Ədalət Şükürov: “Mərkəzdə fırlanırlar və pul yığırlar” – BNA-ya SƏRT TƏNQİD
Əməkdar artist Ədalət Şükürov Bakı Nəqliyyat Agentliyini (BNA) sərt şəkildə tənqid edib.
Pravda.az-ın xəbərinə görə, müğənni bu haqda video çəkərək sosial şəbəkədə paylaşıb. O, BNA-nın yalnız mərkəzi küçələrdə fəaliyyət göstərməsindən gileylənib:
“Əziz dostlar, mən indi 20 Yanvar dairəsindəyəm. Yarım saatdır burda tıxacdayam. Bakı Nəqliyyat Agentliyi təzə bir “yem” tapıb. Bunlar heç nə etmirlər, oturublar maşında, kameraları qoyublar, mərkəzdə fırlanırlar və pul yığırlar. Bunların başqa işi yoxdur. Mən bilmirəm, BNA nə ilə məşğuldur, amma bundan başqa heç nə ilə məşğul olmurlar. 20 Yanvar dairəsində bir dəfə də görməmişəm onları. Maarifləndirmək yoxdur.
Sağolsunlar, Dövlət Yol Polisi həmişə burda fəaliyyət göstərir, amma buna baxmayaraq, BNA nə ilə məşğul olur, ancaq pul yığır və ancaq mərkəzdə olurlar. Gəlin buraya da baxın”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...