SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Rəhim Rəhimli işdən çıxarıldı - yeni təyinat

Rəhim Rəhimli işdən çıxarıldı - yeni təyinat

Tarix:

4-01-2020, 15:51

/ 1 893 dəfə oxundu.
Rəhim Rəhimli işdən çıxarıldı - yeni təyinat

"MTV Azərbaycan” kanalının rəhbərliyində dəyişiklik olub.

2018-ci ilin iyunundan direktor vəzifəsini icra edən müğənni Rəhim Rəhimli işdən çıxarılıb. Onun yerinə isə müxtəlif vaxtlarda ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışan Həsən Abdullayev təyin edilib.

H.Abdullayev kanalda keçən ilin yayından çalışsa da, direktor vəzifəsini bir neçə həftədir icra edir. R.Rəhimli artıq kanaldakı iş otağını boşaldıb. Müğənni Yeni il çəkilişləri zamanı da MTV-də olmayıb.

Qeyd edək ki, “MTV Azərbaycan” yaxın günlərdə hazırda yerləşdiyi binadan köçürülərək, yeni məkanda fəaliyyətə başlayacaq.

Onu da bildirək ki, məlumatı ilk dəfə “Mediatime” səhifəsi yayıb.

Şərhlər

XƏBƏR LENTİ