XalqXəbər.Az

www.XALQXEBER.az » Şou-Biznes » "Kimdir günahkar?” deyib, barışdılar

"Kimdir günahkar?” deyib, barışdılar

"Kimdir günahkar?” deyib, barışdılar
16-12-2019, 15:40

Şou-biznesdə daha bir barışıq yaşanıb.

Xalq artisti Röya Ayxanla müğənni İradə İbrahimova küsülülüyə son qoyub.

Əvvəl Röya instaqram səhifəsində İradənin “Kimdir günahkar?” mahnısını paylaşaraq onun adını “tag” edib.

İradə həmin görüntüləri paylaşaraq “İnsanın həyatında gözəl şeylər olduqca daha çox paylaşmaq, coşdurmaq, o hissləri ətrafına bulaşdırmaq istəyir. Məni bu həyatda çox sevindirən şeylərdən biri də insanları xoşbəxt görməkdir. Röya, üstümüz, başımız hüzura, sevincə bulansın. Parılda” sözlərini yazıb.

İ.İbrahimova daha sonra Xalq artistinə sual ünvanlayıb: “Doğrudan, görəsən kimdir günahkar?”. R. Ayxan isə suala “Gəl, artıq tanış olaq” şərhini yazıb.

Qeyd edək ki, iki tanınmış arasında qalmaqal İradənin Röya Ayxanın Türkiyədə ulduz ola bilməyəcəyini və buna görə əbəs yerə pul xərclədiyini açıqlamasından sonra başlamışdı. Bundan sonra Röya sənətçinin ünvanına ağır sözlər demişdi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.