Röyadan Xalq artisti kimi ilk - Açıqlama
"Bu ad mənim deyil, sizindir". Bu sözləri bir neçə dəqiqə əvvəl prezident İlham Əliyevin sərəncamı ilə "Xalq artisti" adı ilə təltif edilən müğənni Röya deyib.
O, ölkə başçısına və Birinci Vitse-Prezident Mehriban Əliyevaya təşəkkür edib:
“Bu illər ərzində məni səhvimlə, düzümlə dəstəkləyən bütün dostlarım, media dostlarım, yanımda çalışan dostlarım və eyni zamanda məni mən edən, mahnılarımla ağlayıb gülən, sevilən hər kəsə təşəkkür edirəm. Bu ad mənim deyil, sizindir. Bu ad mənə məhz sevgiyə görə verilib. Ailəmi sevindirdiklərinə görə Dövlət başçımıza, Birinci Vitse-Prezidentimiz Mehriban xanıma təşəkkür edirəm. Mənimlə birlikdə bu ada layiq görülən sənət dostlarımın hər birini təbrik edirəm. Hamımızın gözü aydın olsun. Allah heç kimin əziyyətini yerdə qoymasın. Minnətdaram”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...