"Öz bildiyimi edəcəm, gəbərin" - Pərvindən tənqidlərə cavab
Aktrisa Pərvin Abıyeva ötən gün paylaşılan çimərlik görüntülərindən danışıb.
Sənətçi şərhlərdə onu tənqid edən izləyicilərə sərt cavab yazıb:
“Deməli, bir az bekarçılıq oldu, girdim saytlarda haqqımda yazılan xəbərlərdəki rəylər oxudum. İlahi, biz necə insanlarıq? Nə ilə qidalanırıq? Bu qədər qaraqəlbli, kinli, nifrət dolu olmağın qaynağı haradandır? Əslində, sizi yox, valideynlərinizi qınayıram ki, ürəyinizə nifrət toxumu əkib. İnsan övladını bu cür düşmən kimi böyütməməlidir.
Qoy, mən açıq geyinən, sizin gözünüzdə necə görünürəmsə, elə də olum. Amma fəxr edirəm ki, sevgi dolu, humanist böyümüşəm. Heç kimin paxıllığını çəkməz, qeybət etmərəm, babal yumaram. Əlimdən gəldiyi qədər ətrafıma əl tutmuşam. Sizin kimi qaraqəlbli, kinli deyiləm.
Yazdığınız iyrənc rəylər sizə nə qazandırır? Məsələn: mənə təsir etmir, yenə də öz bildiyimi edəcəm, istədiyim kimi yaşayacam. Amma siz iyrənc görünürsünüz. Gəbərin, qurdlu məxluqlar”.
Qeyd edək ki, Abıyeva geyimləri ilə zaman-zaman tənqidlərə məruz qalır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək