Qızların çılpaq videosuna görə müğənni toysuz qaldı
Müğənni-bəstəkar Ramal İsrafilov qardaşı Valeh İsrafilova görə toy məclisindən uzaqlaşdırılıb.
Bu haqda prodüser-aparıcı Tarix Əliyev "Hər şey daxil" verilişində deyib. O bildirib ki, bir müddət əvvəl 3 çılpaq qızın videosunun yayılmasında adı hallanan Valehə görə Ramal əziyyət çəkib:
"Toy edənlər müğənnilərin efirdə özünü aparmasına fikir verirlər. Ramal dostumdur, sənətinə söz ola bilməz. Ramalın qardaşının səhv addımına görə toya bir həftə qalmış onu siyahıdan çıxardılar. Ramala beh də vermişdilər. Başqa müğənni saldılar onun yerinə .Ramalın günahı yox idi axı".
Qeyd edək ki, martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb. Videoya görə Valeh İsrafilov da polis tərəfindən saxlanılmışdı. 3 qadının çılpaq videosunun lentə alınmasında onun da əlinin olduğu bildirilirdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...