“Mənim kimi qızın sevgilisi olmasa yaxşıdır”
Əməkdar artist Röya Ayxan bu gün “Hər şey daxil” proqramında qonaq olub. Məşhur müğənninin canlı efirdə əsəbi olması da diqqətdən yayınmayıb.
Buna səbəb səs texnikasında yaranan problem olub. Belə ki, “Afaki”ni canlı ifa edən sənətçinin səsi efirdə az eşidilib. Əməkdar artist mahnını bitirən kimi ansamblını tənqid edib: “Verilişə 10 dəqiqə qalmış aparat qurursuz. “Möhtəşəmsiz””.
Müğənni daha sonra proqramın aparıcısı olan Tolikin suallarını cavablandırıb. O, şou-biznesdə öndə olmasının sirrindən danışıb: “Çox əziyyət çəkmişəm. Çəkilişə vaxtında tez gəlirəm, məsuliyyətli biriyəm. Kimdə bunlar yoxdursa, hər zaman arxadadılar”.
Röya verilişdə sevgilisinin olmamasından da söz açıb: “Mənim kimi qızın sevgilisi olmasa yaxşıdır. Azad adamam, çərçivəni sevmirəm. Məni sıxsalar, öz hisslərimi boğub saxlayaram”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...