
“İndiki uşaqlar evlənəndən sonra valideynlərini unudurlar. Mən oğlanlarımı 30 yaşdan sonra evləndirəcəm. Qoy məni saxlasınlar”.
Bu sözləri aparıcı Zaur Kamal "5/5" verilişində deyib. O, açıqlaması ilə müzakirələrə səbəb olub. Oğullarından danışan Zaur daha sonra övladlarına ev almayacağını bildirib:
"Oğlanlarıma ev verən deyiləm. Qoy özləri zəhmət çəkib alsınlar. Mən də hər şeyimi özüm almışam".