“Rəsmi ərinizdirsə, niyə üzünü gizlədirsiz?”
Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə həyat yoldaşı ilə bağlı paylaşım edib. O, ailə üzvləri ilə birgə fotosunda kimliyini gizli saxladığı ərinə xoş sözlər yazıb.
Fatimə qeyd edib ki, güclü qadının arxasında mütləq onu sevən bir kişi olmalıdır. Rəqqasə hər zaman yanında olan həyat yoldaşına təşəkkürünü bildirib.
Maraqlıdır ki, digər məşhurların ənənəsini Fatimə də təkrarlayıb. Belə ki, o, ərinin üzünü ictimaiyyətdən gizlədib.
Bu da sosial şəbəkələrdə “Rəsmi həyat yoldaşınızdırsa, niyə üzünü gizlədirsiz?” sualını ortaya çıxarıb. İnstaqram istifadəçiləri Fətəliyevanın bu addımını qınayıb və onu tənqid edib.
Qeyd edək ki, bundan əvvəl isə müğənni Rəqsanə İsmayılova, Şəbnəm Tovuzlu da bu cür fotolar paylaşaraq sosial şəbəkələrdə qınaq obyektinə çevrilmişdilər.
Bu məqamda bildirək ki, Fatimə illər əvvəl ANS-in efirində şəxsi həyatı barədə danışmış, aparıcının rəsmi nikahla bağlı suallarını cavabsız qoymuşdu.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...