XalqXəbər.Az

XalqXeber.Az » Şou-Biznes » Aybəniz Haşımova hönkür-hönkür ağladı: “Qardaş qardaşı öldürməz”

Aybəniz Haşımova hönkür-hönkür ağladı: “Qardaş qardaşı öldürməz”

Aybəniz Haşımova hönkür-hönkür ağladı: “Qardaş qardaşı öldürməz”
11-07-2018, 12:11

Əməkdar artist Aybəniz Haşımova dünən Gəncədə iki polis zabitinin ölümü ilə nəticələnən aksiyaya biganə qala bilməyib.
Müğənni instaqram hesabında “Dədə Qorqud” filmindən təsirli kadrları paylaşaraq hadisəyə münasibətini belə ifadə edib:
“Gəncədə baş verən hadisə ilə bağlı xəbərləri oxuyanda az qaldı ki, ürəyim dayansın. “Dədə Qorqud” filmi yayımlananda uşaq idim və həmişə bu hissəsinə baxanda hönkür-hönkür ağlayardım... Əgər əvvəllər bu filmə baxıb ağlayır və üzülərdimsə, dünən Gəncəmə, millətimə baxıb ağlamışam. Axı qardaş qardaşı öldürməz!”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.