Azərbaycan efirində biabırçılıq: Aparıcı qonaqları dalaşdırdı - VİDEO
Bir neçə gündür efirində dava düşən “Sirdaş Rövşanə” proqramının tam versiyası yayımlanıb.
Rəqqasələrin qonaq olduğu proqramda onlara əks fikirli olan idmançı dəvət edilib.
Rəqqasələrə hörmət etmədiyini deyən idmançı ilə rəqqasələr arasında söz davası yaşanıb.
Daha sonra Simona adlı rəqqasənin rəqsi zamanı idmançının qulaqcıq taxması və ona baxmaması qonağı qıcıqlandırıb.
İdmançıya yaxınlaşan Simona onun qulaqcıqlarını dartıb.
Qonaqların gərgin olduğunu görən Rövşanı isə aranı daha da qızışdırıb. O, Simonaya “Sənə çox hörmətsiz yanaşdı” deyərək onu idmançıya qarşı qaldırıb.
Simonanın idmançıya “Sən tərbiyəsizsən” deməsi isə qalmaqalı daha da alovlandırıb.
İdmançı Simonanın üstünə su töküb. Rəqqasə də eyni cavabı idmançıya verib. Sonra tərəflər əlbəyaxa olub. Studiyada qonaqların qarşısına qoyulan kiçik masa idmançının təpik zərbəsi ilə qırılıb.
Sözügedən görüntüləri təqdim edirik.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...