Röya 15 min manat cərimələndi
Tanınmış bəstəkar Nadir Əzimov əməkdar artist Röyanı məhkəməyə verib. Bəstəkarın iddiası Xəzər rayon məhkəməsinin qərarına əsasən qismən təmin edilib.
Yenicag.az-a açıqlama verən N.Əzimov məsələyə belə aydınlıq gətirib:
"Röyanı məhkəməyə iki il əvvəl vermişəm. O, mənim "Darıxdım” adlı mahnımı icazəsiz oxuyub, efirdə bir dəfə də olsun adımı çəkməyib. Mən də incidim və məhkəməyə müraciət etdim. Məhkəmənin qərarına görə, Röya 15 min manat təzminat ödəməlidir. Lakin o bunu ödəmək əvəzinə, apellyasiya məhkəməsinə müraciət edib”.
"Bəstəkar müğənni ilə barışmaq barədə düşünürmü?” sualına aldığımız cavab belə olub:
"Röya mənə müraciət edəndə, gec idi, artıq məhkəmə prosesi başlamışdı”.
Qeyd edək ki, Röyanın vəkili qərardan apellyasiya məhkəməsinə şikayət edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...