Naz Miladan Azərbaycan xalqına hörmətsizlik – FOTO
Türkiyədə evlilik yarışmasına qatılması ilə məşhurlaşan azərbaycanlı Naz Mila 20 Yanvar günü konsert verəcək.
O, bu barədə “Instagram” hesabında məlumat yayıb.
Diceylik etməyə başlayan Naz matəm günü Türkiyədə klubların birində konsert proqramı ilə çıxış edəcək.
Onun bu hərəkəti sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər Nazı təhqir və tənqid atəşinə tutublar.
Qeyd edək ki, sözügedən paylaşımı tənqid edənlərlə yanaşı, bəyənən azərbaycanlıların sayı da az olmayıb.
Onu qeyd etmək istəyirik ki, hansı sənətlə məşğul olduğu bilinməyən Naz Mila adlı şəxs özünün çılpaq fotoları, aşağı səviyyəli açıqlamaları və addımları ilə yadda qalıb. Özünə reklam olaraq bu yolu seçən Nazın bu hərəkətləri etməsi dünya praktikasında olduğu kimi, normaldır. Ancaq mövzu Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bir gündürsə və həmin xanım bununla gündəmə gəlmək istəyirsə, onun diqqətinə çatdırmaq istəyirik ki, dünyada ən şərəfsiz və alçaq adam belə bu addımı atıb, xalqının qanlı tarixi ilə gündəmə gəlmir.
Oxu.Az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...