XalqXəbər.Az

www.XALQXEBER.az » Şou-Biznes » Leyla Ramazanlıdan yeni Klip

Leyla Ramazanlıdan yeni Klip

Leyla Ramazanlıdan yeni Klip
18-01-2018, 13:03

Leyla Ramazanlıdan yeni klip

İfaçı Leyla Ramazanlının yeni ildə ilk klipi işıq üzü gördü. Müğənni “Azərbaycan” mahnısına klip çəkdirib.
Leyla Ramazanlı bizimlə söhbətində bildirdi ki, bu mahnının onun repertuarında xüsusi yeri var: “Hesab edirəm ki, hər bir ifaçının repertuarında “Azərbaycan” mahnısının olması zəruridir. Bilirsiniz ki, mən vətənpərvərlik mövzusunda bir neçə mahnı ifa etmişəm. “Azərbaycan” mahnısı da onların sırasına daxil oldu. Mənim üçün bu mahnının xüsusi yeri var. Yeni klipimə gəlincə klipin rejissorluğunu Nail Naiboğluna həvalə etdim. Onun maraqlı bir rejissor tərzi var. İşlərini çox bəyənirəm”.

Qeyd edək ki, “Azərbaycan” mahnısının sözləri Arzu Əsədovun, musiqisi isə İsmayıl Əsədovundur.

Klipi bu linkdən izləyə bilərsiniz:

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.