Aygün Bəylərin toy xəbəri yalan çıxdı: “Gopa basıram, əcəb edirəm” - VİDEO
ARB TV-nin “Səhər-səhər” proqramının budəfəki qonağı Əməkdar artist Aygün Bəylər olub.
O, ilk olaraq toy xəbərindən danışaraq, bunun yalan olduğunu etiraf edib:
“Mən bir açıqlama edəcəm hamınız şoka düşəcəksiz. Onda gərək ARB mənə güclü qonorar versin. Deməli, mənim ayağım Moskvada tutulmuşdu. Zəng edib dedim ki, ağsayıram, hündürdabanı geyinmək lazımdır. Mən də bunu geyinsəm aləm dəyəcək. Həkim deyir ki, bunu geyinməlisən ki, ayaq düzəlsin. Mən də papaqla nə hündürdaban geyinim? Bildim ki, ələ salacaqlar. Dedim nə edim ki, məni sonra ələ salmasınlar. Pulum yoxdu ki, gündə bir paltar geyinim. Geyindirdilər mənə hündürdabanı. Dedim, mənə pis şeylər deyəcəklər, qoy mən yaxşısını deyim. Hündürdabanı qoydum, adını da qoydum ki, ərə gedirəm. Heç yerdə deməmişəm, partlıyacaq bu”.
Sonda Aygün Bəylər bu xəbərin məhz reklam xarakterli olduğunu da gizlətməyib:
“Artıq utanırdım, ağsaqqalar təbrik edir. Deyirəm, fikir verməyin, şou-biznesə bu lazımdır. Layihə edən bir nəfər mənə dedi ki, bu xəbəri yay hamı yazacaq. Birinci bunu reklam elə. Amma layihə etsən, heç kim yazmayacaq. Dedim, inanmıram. Gopa basdım, əcəb etdim”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...