Röya bu dəfə Afaqı təhqir etdi - ““Kufşin”im…”
Əməkdar artist Röya Ayxan bu dəfə ATV-nin aparıcısı Afaq Gəncəliyə söz atıb. Müğənni aparıcının “ATV maqazin onlarla” proqramında ona qadağa qoyulması barədə yayılan xəbərlərə münasibət bildirib.
Sənətçi verilişin “Hit parad” rubrikasında adının çıxarılmasına da instaqramda etiraz edib:
“Bunlar düzdür mənim “Kufşin”im? Həyatdır, hər şey ola bilər. İnsanlar durmadan dəyişir, mən bunun günahını estetik əməliyyat edən həkimlərdə görürəm. Deyirəm ki, 3 dəfə burun, 8 dəfə diş əməliyyatına girdim. 300 dəfə də saçıma qaynaq etdirmişəm. Bəs mən niyə dəyişmədim? Ay millət, ekologiya budur. Telli xanım (red: Röya Ayxanın anası), məni cəsur və qürurlu dünyaya gətirdiyin üçün təşəkkür edirəm.
Amma qəbul etməsən də, dədəmin də haqqı var. Afaqla başladım, anamla bitirdim. Cəmi 10-a yaxın kanalımız var, məni sevməyin, nə edim? Bu arada, onlar Nihat Odabaşı Bakıya gələndə onu çəkməyən maqazin proqramıdır. Niyə gəlmədiklərini indi başa düşürük. Sizdə belə şey yoxdur, amma bizdə hamı “star”dır”.
Qeyd edək ki, maqazin verilişində İradə İbrahimovanın Röya söylədiyi fikirlərin yayımından sonra hər iki məşhur arasında narazıçılıq yaranmışdı. Afaqın proqramda Röya ilə bağlı sujetlərin yayımlanmasına qadağa qoyduğu iddia edilmişdi.
Hətta, sənətçinin mahnısı “Hit parad” rubrikasından çıxarılmışdı.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...