XalqXəbər.Az

www.XALQXEBER.az » Şou-Biznes » Səidə Dadaşova: «İlk həyat yoldaşım alfons idi»

Səidə Dadaşova: «İlk həyat yoldaşım alfons idi»

Səidə Dadaşova: «İlk həyat yoldaşım alfons idi»
20-10-2017, 11:06

Müğənni Səidə Dadaşova “Günə davam” verilişinin qonağı olub.

Şəxsi həyatı barədə açıqlama verən müğənni ilk evliliyindən də danışıb.

“İlk həyat yoldaşım alfons idi. Kişiyə yaraşan hərəkətlər etmədi. Tanınmış insan olduğum üçün məni gözdən salmaq istəyirdi. Deyirdi, Səidəyə 25 min xərclədim. Kreditə aldığı avtomobil mənim adıma idi. Məni şantaj edəcəyini deyirdi. Elə bilirdi ki, qorxub, ayrılmayacağam. Bir dəfə bizim uzaq qohumumuzun qardaşı mənə zəng etdi ki, ərinə de, özünü yığışdırsın. Deyirəm, nə olub? Deyir ki, xəbərin var, mənim arvadıma nələr yazır: Səni alaram, belə olar, elə olar”, - deyə ifaçı Türkiyə vətəndaşı olan birinci yoldaşından bəhs edib.

O bildirib ki, ailəli olub-olmadığı haqda yayılan söz-söhbətlər onu maraqlandırmır: “Təsdiqləmək məcburiyyətində deyiləm. Deyim, camaat bilirsiz ərdəyəm, uşağım yanımdadır? Əqli yerindı olan insanlar bilir ki, ərdəyəm. Anormal insanlar başqa cür düşünür. Yoldaşım ilk həyat yoldaşından boşanıb. Bizim övladımız olmazdan əvvəl ayrılıblar. Onun övladı olduğu üçün bir az məhkəməsi uzanmışdı. İndi uşaqları ilə əlaqəsi var. Mən onları öz övladımdan ayırmıram. O birilər də oğlandır. Oğlumu o qədər çox istəyirlər ki, görəndə duz kimi yalayırlar. Bizim evə də gəlirlər. Tətildə tez-tez bizdə olurdular. İndi oxuyurlar, arada-sırada gəlirlər. Heç keçmiş həyat yoldaşı da buna mane olmur. Düşmən deyilik. Dost deyilik, amma bir-birimizin hörmətini saxlayırıq. Evdə kişinin sözü keçər, hər şeyi tənzimləyər. Ev işlərini qadın edər”.

Dadaşova oğlu Rafaelin atası ilə rəsmi nikahı olmadığını söyləyib: “Bu dəqiqə gedərəm rəsmi nikaha. Dini kəbin var, rəsmi nikahımız yoxdur”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.