SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "İndikilər soyunmaqla tutuzdurur"

"İndikilər soyunmaqla tutuzdurur"

Tarix:

14-09-2017, 10:15

/ 39 731 dəfə oxundu.
"İndikilər soyunmaqla tutuzdurur"

ARB TV-nin "Səhər-səhər" proqramına bu dəfə aparıcı Lalə Mustafayeva qonaq olub

O, bildirib ki, indi məşhurlaşmaq üçün istedadlı olmaq önəmli deyil:

"Həmin insanları sevmirlər, özlərinə müəyyən kütlə yaradırlar. İnstagramda "fanat ordusu"nu pulla alıb yaradırlar. Ondan sonra efirə çıxırlar. Biz efirə çıxanda böyük məktəb görürdük, korifeylərdən dərs alırdıq. Bundan sonra efirə aparıcı kimi çıxırdıq.

Televiziya mənə çox doğmadır. 5 yaşımdan AzTV-də çalışmışam. 2 dəfə Azərbaycan gözəli seçilmişəm. İndiki aparıcılara heç nə deyə bilmərəm. Çünki mən ancaq peşəkar aparıcılarla rəqabət apara bilərəm. Çünki gənclərin bəziləri nə iləsə tutuzdurur. Çoxu soyunmaqla tutuzdurur. İndi hər kəs - istər müğənnisi, istərsə də aparıcısı soyunur. İnstagramda soyunurlar və guya bunları sevirlər”.

Şərhlər

XƏBƏR LENTİ