Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını haqqında film təqdim edildi - “Səma xanımı” - FOTO
Bakıda, Nizamı Kino Mərkəzində “Səma xanımı” filmi təqdim olunub.
Xalqxeber.az xəbər verir ki, film, Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr olunub. O, Azərbaycanın ilk təyyarəçi qadını olmaqla yanaşı, həmçinin SSRİ-nin ikinci qadın paraşütçülərindən biri kimi də tanınıb.
Filmdə Leyla xanımın 1930-1933-cü illərdəki həyatı öz əksini tapıb. Qadınların bir çox məhrumiyyətlərinin olduğu o dövrdə Leylanın həyatla mübarizəsi, çadradan imtinası, qorxmazlığı, möhkəm iradəsi bədii xətlə göstərilib. Eləcə də, ətrafdakı insanların qınaqlarına baxmayaraq, həyat yoldaşı Bəhramın ona bu mübarizədə dəstəyi diqqətə çatdırılıb. Bəhramdan dəstək alaraq daha inamla bu yolda addımlayan Leylanın oxumaq istəyi, Bakı Təyyarəçilər Məktəbinə qəbulu, uğurlu tələbə olması, ilk sərbəst uçuşu və daha sonra paraşütdən atlayışı filmdə tamaşaçıya çatdırılan hadisələr sırasındadır.
Peşəsinə sevgisi, qəhrəmanlığı, möhkəm iradəsi ilə tarixdə iz qoymuş Leyla Məmmədbəyova haqqında çəkilən bu filmin əsas məqsədi böyük işlərə imza atmış tarixi şəxsiyyətlərimizi təbliğ etmək, tanıtmaq, ictimaiyyəti, eləcə də bütün dünyanı Azərbaycanın tarixi şəxsiyyətləri haqqında məlumatlandımaqdır.
“Səma xanımı” filmi Azərbaycan Televiziyası, “Azərbaycan Hava Yolları” QSC və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılıb.
XalqXeber.Az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub