XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Ağcabədidə təhsil sistemi əldən gedib

Ağcabədidə təhsil sistemi əldən gedib

Ağcabədidə təhsil sistemi əldən gedib
4-07-2017, 09:34

“Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında dövlət imtahanının qiyməti 500 manata qalxıb. Burada bütün imtahanlar məhz pulla götürülür. Tələbənin oxuyub-oxumamasından, dərsə gəlib-gəlməməsindən asılı olmayaraq qiymət dəyişmir. Filialda hətta tapşırıq da keçmir. Kim xahiş edir-etsin, baxmırlar. Orada sadəcə pula baxılır”. Bu barədə redaksiyamıza orada oxuyan tələbələrdən birinin valideyini deyib. Adının hələlik çəkilməsini istəməyən həmin valideyin özü də filialda təhsil alan övladı üçün dövlət imtahanına görə 500 manat ödəməli olub: “uşaqım yaxşı oxuyur. Həmin təhsil müəssisəsinin əlaçı tələbəsi olub. Lakin dövlət imtahanında pul əsas şərt olduğunu bizə başa saldılar”.
Valideyinin sözlərinə görə, direktor onu yaxşı tanıyır: “Mən bu məsələ ilə bağlı institutun direktoru Mətanət Fərzəliyevanın da yanında oldum. O da məni Əzizağa adlı müəllimin yanına göndərdi. Tələbənin qiymətinin imtahanın qiymətindən asılı olduğunu da mənə məhz o başa saldı”.
Bununla bağlı şikayət edən valideyinin sözlərinə görə, müvafiq qurumların İnstitutda baş verənlərlə bağlı araşdırma aparması şərtdir: “Mən bunu özümə görə demirəm. Mənim pulum var, amma bu qədər həyasızlığı, təhsil ocağında bu cür bazar söhbətlərini həzm edə bilmirəm. Orda valideynlər gördüm, kasıb, əlacsız bilmirlər nə etsinlər. Direktor hamıya deyir ki, aldığımız pulu şəhərin abadlaşdırılmasına sərf edirik. Bu, biabırçılıqdır”.
Qeyd edək ki, valideyinin sözlərini filialdakı rüşvət amili ilə bağlı redaksiyamıza daxil olan müraciətlər də təsdiq edib. Şikayətçilər əsasən Ağcabədi sakinləridir. Onlar övladlarını imkansızlıq üzündən burada oxutdurduqlarını, lakin təhsil ocağının məsafəcə yaxınlığın xərclərini azaltmadığını vurğulayıb. Hətta başqa rayonlardan gəlib burada təhsil alanlarla eyni məbləğdə vəsait xərcləyirlər: ” Məlumdur ki, imkansızlıq üzündən uşaqlarımızı paytaxtdakı ali təhsil müəssisələrinə göndərə bilmirik. Başqa rayonlardan gələnlər isə müxtəlif səbəblərdən yalnız imtahan dövründə dərslərə qatılırlar. Lakin burada davamiyyətə görə fərq qoyulmur, eyni məbləğ tələb edilir. Bu semestr imtahanların qiyməti bir qədər də artıb. Əzizağa müəllim deyir ki, nazir də dəyişib, qiymətlər də”.
Qeyd edək ki, filial 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında yaradılıb. Burada yalnız Ağcabədi deyil, ətraf rayonlardan da təhsil alırlar. Bu qədər az təcrübəsinə baxmayaraq, rüşvət və qanunsuzluqla bağlı Filialın adı tez-tez hallanıb. Bu səbəbdən filial rəhbərliyi bir neçə dəfə cəzalandırılıb, hətta dəyişdirilib. Sonuncu dəfə Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə, ali təhsil müəssisələrinin “Qaynar xətt” xidmətlərinə və imtahan qərargahına daxil olan müraciətlərə baxılması nəticəsində Azərbaycan Müəllimlər İinstitutunun Qazax, Şamaxı, Salyan, Quba filialları ilə yanaşı, Ağcabədi filialının direktoru da vəzifələrindən azad edilib. Lakin hələ də İnstitutda rüşvətin aradan qaldırılması mümkün olmayıb.

obyektiv.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.