XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » İşğal altında olan rayonun "işğalçı" məmuru - İTTİHAM VAR

İşğal altında olan rayonun "işğalçı" məmuru - İTTİHAM VAR

İşğal altında olan rayonun "işğalçı" məmuru - İTTİHAM VAR
19-06-2017, 09:48

Azərbaycanda epidemiya halına çevrilən cinayətlərdən biri də dələduzluqdur. Üstəlik, digər kateqriya insanlardan fərqli olaraq bu cinayəti törədənlər xüsusi istedada malik olurlar. Onlar əvvəlcə müəyyən aldadıcı, şirnikləndirici vədlərlə başqalarının etibarını qazanıb, pulunu, əmlakını ələ keçirir, sonradan ifşa olunacaqlarını hiss edərək haray-həşir qoparmaqla izi azdırmağa çalışırlar. Adətən bu tipli insanlar ali təhsilli, həmçinin, müxtəlif dövlət strukturlarında çalışanlar olur.

Belələrindən biri də Kəlbəcər rayonu Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı Qalib Bayramovdur.

Kəlbəcər köçkünləri arasında bu şəxsi tanımayan az adam tapılar. Əlilliyi olmayan insanların pensiya düzəltdirmək və başqa işlər adıyla külli miqdarda pullarını ələ keçirən Qalib Bayramov 2-3 il vətəndaşları aldatmaqla məşğul olub. Təxminən 50-yə yaxın kəlbəcərli ondan pulunu almaq üçün dəfələrlə ağsqqal atası Əli Bayramovun yanına gediblər.

Dələduz oğlunu tənbeh eləmək əvəzinə qapısına gələn köçkünlərə “O ayrı təsərüfatdır, mənim qapıma niyə gəlmisiz” deyə insanları geri qaytaran ata oğlunun məsuliyyətə cəlb olunmasından sorna əl-aya düşüb.

Müxtəlif reket media orqanlarına müsahibələr verən Əli Bayramov oğlunun həbsinin səbəbi kimi Kəlbəcər Rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədovu görür. Bununla yanaşı rayonun millət vəkili Cavid Qurbanova böhtan belə atmaqdan çəkinmir. Guya, oğlu vətəndaşları aldadıb, aldığı pulları vəzifəyə təyin olunmaq üçün icra başçısına verib.
Birincisi, ağlı başında olan istənilən şəxs bilir ki, köçkün bir rayonda 500 min manatlıq hər hansı bir vəzifə yoxdur ki, bu pulu verib o vəzifəyə təyinat alasan.
İkincisi, Cavid Qurbanovun bu işdə adının hallandırılması absurddur. Ən azı ona görə ki, son 20 il ərzində Cavid Qurbanovun həmyerliləri üçün etdiklərini nəinki, kəlbəcərlilər, hətta ölkənin ən ucqar bölgəsində yaşayanlar da bilir. Milli Məclisdə Mehriban Əliyeva, Cavid Qurbanov kimi az deputat tapılardı ki, seçiciləri üçün bu qədər işlər görsün.
Bu günə qədər yüzlərlə xəstəni müayinə, müalicə etdirən, özəl ali məktəblərdə təshil alan yüzlərlə tələbəni oxutduran, şəhid ailəsinə, Qarabag əlilinə dayaq olan Cavid Qurbanov bu savab işlərinə görə, hər zaman minnətdarlıqla xatırlanır.

Məsələnin hüquqi tərəfinə gəlincə, dələduzluqda ittiham olunan Qalib Bayramov niyə həbs olunmalıdır? Onun həbsi sifarişdirsə, o zaman istintaq və məhkəmədə ifadə verən 50-yə yaxın zəzərçəkmiş sadə vətəndaşları kim ortaya çıxardı? Axı, Kəlbəcər kiçik bir rayondur, hamı az qala bir-birinə qohumdur.
Təbii ki, söhbət aldadılaraq, pulları əllərindən gedən sadə insanların həyatından gedir.
Bu işlə bağlı əvvəlcə təhqiqat aparılıb. Ilkin araşdırmalar zamanı Qalib Bayramov izahatlarında vətəndaşlardan pul aldığını etiraf edərək, pulu qaytarmaq üçün müddətlər istəyib.
Hər dəfə vədinə əməl etmədiyindən onun barəsində araşdırmanın nəticəsi olaraq Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb.
Məhkəmə ona 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
İbtidai istintaq və məhkəmə proseslərində Qalib Bayramov zərəçəkənlərin ifadələrini təsdiqləyib və əməlini etiraf edib.

Açıqlamasında Kəlbəcər rayon Zar kənd sakini Nəcəf Əliyev Qalib Bayramovun üzləşmədə və məhkəmədə ondan 5 min manat aldığını etiraf etdiyini deyir:

“Onun əməlindən sonradan xəbər tutduq. Artıq gec idi. Məlum oldu ki, 100 nəfər qurbanı var. Onlardan 50 nəfərə yaxın şikayətçi olduq. Əslində istəməzdik ki, həbs olunsun. Amma hər dəfə müxtəlif müddətlər istədi. Yenə də aldatdı. Öyrəndik ki, bir il ərzində bir neçə dəfə xarici ölkələrə səfərlər edib. Yəni, camaatın pullarını istirahətə xərcləyib”.

Zərərçəkmiş deyir ki, onun atasının millət vəkilinə böhtan atması da onu hiddətləndirib: “Cavid Qurbanov Kəlbəcər üçün qənimət insandı. Ona böhtan atmaq, kişiliyə sığmaz. Şəxsən, tanımıram, hər hansı bir işim üçün də yanına getməmişəm. Əminəm ki, getsəm məni məyus etməz. Amma bilirəm ki, minlərlə kəlbəcərliyə köməklər edir. Qalibin atası yaşlı adamdır, oğlunun əməlinə görə bu cür danışmamalıdır”.
Növbəti yazılarımızda Qalib Bayramovun əməllərindən zərərçəkən kəlbəcərlilərin şikayətlərini yayımlayacağıq.

Gununsesi.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.