XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » BEYLƏQANLI SAHİBKAR MƏMİŞOV SATDIĞI ÇÖRƏYƏ NECƏ HARAM QATIR

BEYLƏQANLI SAHİBKAR MƏMİŞOV SATDIĞI ÇÖRƏYƏ NECƏ HARAM QATIR

BEYLƏQANLI SAHİBKAR MƏMİŞOV SATDIĞI ÇÖRƏYƏ NECƏ HARAM QATIR
12-06-2017, 14:50

İnsan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək yeyir. Orqanizmin sağlamlığı üçün çörək ancaq su ilə müqayisə edilə bilər. Çörək insan orqanizminin sulu karbonlara sutkalıq tələbatını təmin edir. Azərbaycanda bir adam il ərzində orta hesabla 130 kiloqramdan çox çörək istehlak edir. Statistikaya inansaq, azərbaycanlı gün ərzində təxminən 0,5 kq çörək yeyir. Bu göstəriciyə görə, ölkəmiz dünya ölkələri arasında liderlər sırasındadır. Digər millətlərlə müqayisədə azərbaycanlıların niyə bu qədər çörək yeməsinin səbəbinə gəlincə, alimlərin dediklərinə inansaq, qədim dövrlərdə Azərbaycan zəngin olmadığından və ayrı-ayrı dövlətlərin müstəmləkəsində yaşadığından xalqımız ağır həyat tərzi keçirib. Bu baxımdan onların qida seçimi çox bəsit olub. Eləcə də həmin ərəfələrdə əkinçilik, o cümlədən dənli bitkilərin becərilməsi sürətlə inkişaf etdiyindən insanlar qida rasionunda daha çox belə məhsullara üstünlük veribmişlər. Havaların istiləşməsi qida zəhərlənmələrini yenidən gündəmə gətirib. Bu üzdən yay mövsümündə şörək istehsalı sexləri də diqqət mərkəzindədir. Aparılan yoxlamalar zamanı hələ də əksər istehsal sahələrində antisanitar şəraitdə və kustar üsulla çörək bişirilməsi halları aşkarlanmaqdadır. Bişirilən çörəyin saxlanılmasında da nöqsanlar müəyyən olunur. Piştaxtalarda istifadə müddəti ötmüş xeyli sayda çörəyə rast gəlinir. Olur ki, istehsal sahələrinə baxış zamanı xəmirə vurulan mayanın və duzun mənşəyi bəlirlənməyib və heç bir gigyenik sertifikatlarının olmadığı üzə çıxır. Sexlərin anbarlarında da vəziyyət o qədər də ürək açan deyil. Strateji qida məhsulu sayılan çörəyin bişirilməsində yol verilən ciddi nöqsanlara görə bəzi sexlərin istehsalına qadağa qoyulub. Xırda nöqsanlara yol verənlərə tələbnamə və iradnamələr təqdim olunur. Mütəxəssislər deyir ki, çörəyin saxlanma müddəti müvafiq normativ sənədlərlə müəyyənləşdirilir. Belə ki, onun 120 saat saxlanmasına icazə verən sənəd dövlət sanitariya orqanları tərəfindən hələ təsdiq olunmayıb. Amma elə müəssisələr var ki, onlar xüsusi qablaşdırma sistemindən istifadə etdiyi və çörəyin tərkibində məhsulun saxlanmasına zəmanət verən məhsullardan istifadə etdiyi üçün həmin müəssisələrə çörəyin maksimum 3 sutka saxlanmasına icazə verilir. Bu zaman da havanın temperaturu və nisbi rütubət mütləq nəzərə alınmalıdır. Belə ki, bu şəraitdə də çörəklərin 72 saatdan artıq saxlanmasına icazə verilmir. Adi halda çörəyin 25 saatdan yuxarı saxlanma müddəti yoxdur. Yayda çörəyin tez xarab olmasının əsas səbəbi də elə saxlama müddətinin ötməsidir. Çörəklə bağlı daha bir neqativ hal isə onun çəkisini əhatə edir. Belə ki, standartlara görə, çörəyin üzərində onun dəqiq çəkisi və qiyməti qeyd olunur. Lakin Azərbaycanda bu cür təcrübə olmadığından istehsalçılar çörəyin çəkisilə manipulyasiya edirlər. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsindən verilən məlumatda isə bildirilir ki, dükanlar satış müddəti başa çatmış çörəyi yenidən sexlərə qaytarır. Çörəkbişirmə sexləri də qayıdan məhsulu satış qiymətinin 50 faizi dəyərində vətəndaşlara satır. Onlar da heyvanlara verir. Bəzi çörək sexlərində satılan çörəklərin tərkibinə köhnə çörək və digər qarışıqlar əlavə edilir. Daha konkret desək, çörək mağazalarında satılmayan çörəklər axşamlar sexlərə qaytarılır və orada toplanır. Həmin çörəklər atılmır. Quru çörəklərin üzərinə su çilənir və ət maşınında çəkilir. Çəkilmiş çörək yenidən xəmirin tərkibinə əlavə edilərək təzədən bişirilir. Nəticədə istehlakçıların aldıqları çörəkdə müxtəlif qıcqırmalar olur. Bu da insan orqanizmi üçün təhlükə yaradır. Ciddi qanunsuzluqlara yol verən istehsalçılardan biri də əksər çörək sexlərinin sobalarında çörək kündələrinin yerləşdirildiyi xüsusi qablar transformator yağı ilə yağlanır. Çörəyin üzərində sürüşkənliyin müşahidə olunması da bununla bağlıdır. Bundan əlavə, çörəklər bişirilərkən un ələnmir, satılmayan çörəklər yeni bişirilən çörəklərlə eyni yerdə saxlanılır. Bu isə qətiyyən yolverilməzdir. Çörək sexləri satılmayan çörəkləri toplayıb, onları quru yerdə saxlamalıdırlar. Həmin çörəkləri yalnız baytar həkimlərin icazə ilə heyvanlar üçün yem məqsədilə istifadə etmək olar. Bu əsnada Sonolay.org-un apardığı araşdırmalar zamanı ciddi qanunsuzluqlara yol verən istehsalçılardan biri də Beyləqan rayonunda keçmiş avtobazanın qarajı ərazisində fəaliyyət göstərən çörəkbişirmə sexidir. Məmişov Rövşən adlı şəxsə məxsus bu sexdə əsasən gecə növbəsində 35 işçi çalışır ki, onların da əksəriyyəti ilə əmək müqaviləsi bağlanılmayıb. Bu isə o deməkdir ki, əmək qanunvericiliyinin tələbləri ciddi şəkildə pozulr və həmin işçilərin sosial sığorta şəhadətnaməsi yoxdur. Bildirilir ki, Məmişovun sexində gecədə faktiki olaraq 15 min ədəd çörək bişrilsə də, 2,0 - 2,5 min ədədi rəsmiləşdirilir. Bu da aydın məsələdir ki, vegidən yayınmaq üçündür. Hər işçiyə günəmuzd 10 (on) manat verilir, leqal işləyənlərə aylıq 150 manat məvacib yazılır. Növbə oklad yarım - iki oklad təşkil edir ki, bu da istismar deməkdir. Çörəyin dövlət standartı ilə müəyyənləşdirilmiş çəkisi 500 qramdan az olmamalıdır. Məmişovun sexində istehsal olunan çörəyin çəkisi isə 350 - 400 qram gəlir. Qeyd etdiyimiz kimi, sexin yerləşdiyi yer avtobazanın qarajıdı. Orada məcburi köçkünlər məskunlaşıblar. Didərginlərə mavi yanacaq verilmədiyi halda, Rövşənin Məmişovun çörək sexi qazla təmin olunub. Aşkarlanan digər nöqsanlar isə müqaviləsiz işləyən sex işçilərinin tibbi müayinədən keçməməsidir. Sonolay.org olaraq qeyd edək ki, Məmişovun sexində narazılıq doğuran neqativ hallar barədə yazılarımızı davam etdirəcəyik.

Sonolay.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.