SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanın qalmaqallı başçısı sakinləri nazirlə görüşə buraxmadı

Beyləqanın qalmaqallı başçısı sakinləri nazirlə görüşə buraxmadı

Tarix:

31-05-2017, 09:09

/ 40 132 dəfə oxundu.
Beyləqanın qalmaqallı başçısı sakinləri nazirlə görüşə buraxmadı

Mayın 24-də fövqalədə hallar naziri Kəmaləddin Heydərov Beyləqan sakinləri ilə görüşmək üçün rayona gəlmişdi.
Nazir Beyləqana vertolyotla gəldiyi üçün onun gəlişindən sakinlərin çoxu xəbər tutmuşdu.
K.Heydərov Beyləqana gəlməmişdən bir neçə gün öncə sakinlər onun qəbuluna düşmək üçün qeydiyyatdan keçmişdilər. Nazir Beyləqana gələndə təxminən 40 nəfər onun qəbuluna düşmək üçün növbəyə dayanmışdı.
Həmin insanlardan heç biri nazirin qəbuluna buraxılmadı, yerli məmurlar onların nazirin qəbuluna düşmələrinin qarşısını aldılar.
Nazir təxminən 30 dəqiqə Beyləqanda oldu, icra hakimiyyətinin başçısı və rayon rəsmiləri ilə görüşərək Beyləqanı öz vertolyotu ilə tərk etdi.
Bildirilir ki, qəbula yazılan sakinlərin nazirlə görüşə buraxılmaması FHN rəhbərinin ucbatından olmayıb. Sakinlərin qəbula düşməsinin qarşısını alan icra hakimi Vaqif Abdullayev olub.
Beyləqanlılar icra başçısından beziblər. V.Abdullayev nə özü sakinləri qəbul edir, nə nazirlə görüşə imkan verir, nə deputat Şahin İsmayılov camaatın ayağına gedir.
Son vaxtlarda deputat və nazir Beyləqana səfərlər edib, amma əhali dərdini deyə bilməyib. Əksinə, başçı həmişə qalmaqalla medianın gündəminə gəlir.
Beyləqan rayonunda büdcədən maliyyələşən təşkilat və müəssisələrin əməkdaşları məcburi qaydada küçələrin təmizlənməsinə cəlb edilir.
Küçələrdəki ağacların, güllərin dibini qazdırırlar. Əslində isə həmin xadimələr çalışdığı qurumlarda təmizlik işləri ilə məşğul olmalıdırlar. Bundan qabaq da icra başçısı tibb işçilərinə küçə süpürtmüşdü. Bu barədə xəbər yaymışdıq.
Tibb işçiləri aramsız olaraq küçələrin süpürülüb təmizlənməsinə, küçələrdə ağacların rənglənməsinə, küçə bardorlarının və küçələrdəki işıq dirəklərinin yuyulması və rənglənməsi kimi işlərə cəlb ediliblər.
Belə ki, Beyləqan müəllimlərindən və tibb işçilərindən daxil olan məlumata əsasən Beyləqanın icra başçısı onların pambıq pulunu mənimsəyib və dədə malı kimi cibinə qoyub.
Bildirilir ki, Beyləqan şəhər məktəblərinin müəllimləri və Beyləqan Mərkəzi Xəstəxanasının tibb personalı məcburi şəkildə pambıq yığımına cəlb olunub. Onlara bildirilib ki, yığdıqları pambığın pulunu 15 qəpikdən alacaqlar.

Şərhlər

XƏBƏR LENTİ