XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Göyçayla Ucarın icra hakimlərinin bazar şərikliyi ifşa olundu

Göyçayla Ucarın icra hakimlərinin bazar şərikliyi ifşa olundu

Göyçayla Ucarın icra hakimlərinin bazar şərikliyi ifşa olundu
27-05-2017, 10:32

Təxminən 1 aya yaxın müddətdir ki, Göyçayın icra başçısı Mehdi Səlimzadənin sifarişilə “Göyçay-Avtonəqliyyat” ASC-nin nəzdindəki “AVA-N” MMC kənd təsərrüfatı məhsullarının satışı bazarına qarşı qanunsuz hərəkətlər edilir.
Bir neçə gün əvvəl Göyçay rayonunda olan Ziya Məmmədovun xalası oğlu, Ucarın icra hakimi Mənsur Məmmədov şəriki olan “Göyçay-Bazar” ASC-nin direktoru Bəhruz Rəhimovla görüşərək şəhərin Cəyirli kəndində inşa etdirdikləri yeni bazarın taleyini müzakirə ediblər. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
B. Rəhimov ona bildirib ki, mən icra başçısı Mehdi Səlimzadə ilə razılığa gəlmişəm ki, “AVA-N” MMC-nin fəaliyyətinə ciddi problemlər yaradıb onu sıradan çıxarsın və gələcəkdə bu iş baş tutarsa onunla ortaq işlərimiz qurulacaq.
Həmçinin B. Rəhimov icra başçısı Mənsur Məmmədova 3 il əvvəl köçürülməsinə nail olmadığı bazarın köçürülməsini məhz prezidentə qohum olan Mehdi Səlimzadənin edəcəyini vurğulayıb.
Eyni zamanda son 1 ay ərzində “Göyçay-Avtonəqliyyat” ASC və “AVA-N” MMC-yə qarşı edilmiş bütün qarayaxma, əsassız yoxlamalar aparılıb.
Son məlumata görə Ucra rayon icra başçısı Mənsur Məmmədov, bazar müdiri Bəhruz Rəhimov və Göyçayın icra başçısı Mehdi Səlimzadə arasında “yeni bazar ortaqlığı”məsələsi öz həllini tapıb.
Adları keçən cəmiyyətlərdə 100-lər işçilər var. Həmin cəmiyyətlərin fəaliyyəti sayəsində bu ailələr öz dolanışıqlarını təmin edirlər.
Çox təəsssüf ki, milyonçu icra başçılarını və onların əlaltı sifarişçilərini bu qədər sayda insanın taleyi yox, yalnız öz şəxsi mənafeləri düşündürür. Artıq ilk addımlar sərtliklə atılıb.
Belə ki, “Göyçay-Avtonəqliyyat” ASC-nin nəqliyyat xidmətinə alternativ olaraq icra hakimiyyətinin hüquqşünası Camal Paşayev, onun şərikləri Sənan və icra başçısının qardaşı oğlu Səməd Cəbrayılovun təşəbbüsü ilə Göyçaya bir neçə avtobus gətirilərək marşrut xəttinə çıxarılması planlaşdırılb.
İcra başçısının özü ilə gətirdiyi icra hakimiyyətində hüquq şöbəsində işləyən Camal Paşayev öz yalanları ilə Göyçaylıları inandırmağa çalışır ki, o Arif Paşayevin qohumudur.
Onun utanc gətirən qanunsuz hərəkətləri bir yana, hələ özünü yalandan Paşayevlərin qohumu kmi təqdim etməsi də onun nə qədər simasız olduğuna işarədir.
Bundan əlavə eyni sifarişlə “AVA-N” MMC-yə məxsus kənd təsərrüfatı məhsulları bazarında ət və ət məhsullarının, süd məhsullarının satışına qadağalar qoyulması üçün Kənd Təsəsrrüfatı Nazirliyi Yanında Baytarlıq Xidməti tərəfindən təzyiq göstərilir.
Bazarda əsassız olaraq vergi, dövlət sosilal müdafiəsi, epidemiya, sanitariya və s. kimi nəzarətedici orqanların yoxlamaları davam edir.
Bir sözlə inhisarçılıq yaratmaq istəyənlərin vəzifələrindən sui-istifadəsi nəticəsində 100-lərlə sahibkarın müəmalı taleyi isə heç kimi maraqlandırmır.
Bildiyiniz kimi, ölkə başçısı İlham Əliyevin göstərişi əsasında işsizliyin aradan qaldırılması, sosial-rifahın yaxşılaşdırılması məqsədilə bəzi rayonlarda vakant iş yerləri ilə bağlı məşğulluq mərkəzlərində qeydiyyat aparılıb.

Ardı var...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.