Bu rayonda məktəblilər dərsə at arabası ilə gedir - Video
Havaların kəskin dəyişməsi, yağan yağışlar 15 ailədə olan şagirdin məktəbə gediş-gəlişini çətinləşdirib.
Xalqxeber.az xəbər verir ki, söhbət Saatlı rayonunun Qara Nuru kəndində yeni yaşayış massivinin bir küçəsindən gedir. Həmin küçənin sakinlərinin gileyini dilə gətirən Nəcəfova Cəmilə Heydər qızıdır. O, bildirir ki, burada yaşayan gənc ailələrin hamısı yay fəslində tarlada günəmuzd əməklə çalışır. Qalan fəsillərdə də digər təsərrüfat işlərində çalışırlar ki, dolanışıqlarını təmin etsinlər:
"Yeni yaşayış massivində bizim küçə salınandan yolla bağlı heç bir iş görülməyib. Övladlarımız uzaq məsafədə məktəbə getməkdə çətinlik çəkir, bəziləri isə ümümiyyətlə getmir. Yağış yağanda at arabası ilə uşaqları məktəbə aparırıq. Çətinliklə bağlı icra hakimiyyətinə şikayətə gedəcəyimizi deyəndə, sabiq icra nümayyəndəsi bizi hədələdi ki, sizi şərləyib tutduracam. Bundan sonra çoxu qorxusundan heç bu haqda danışmır"
Sakinlərin yol problemi ilə bağlı sözügedən kəndin bələdiyyəsi ilə də əlaqdə saxladıq. Bələdiyyə sədri Kamil Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, 8 minə yaxın əhalisi olan kənddə 141 küçə var:
"Daxili imkanlarımız, daha dəqiq desək, küçə sakinlərindən toplanan vergi pulu hesabına narahatlıq olan küçələri qumlayırıq. Yəni, hər hansı küçədən vergi pulu kimi toplanan vəsait həmin küçənin ehtiyaclarına xərcləriyirik. Əlavə imkanımız da da yoxdur ki, həmin küçəni də düzəldək. Burada yaşayan ailələrin demək olar ki, hamısı vergilərini vermir. Hətta, bəziləri bələdiyyə yaranandan vergi vermir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək