XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Asif Ağayev MTN-ə kimlər barədə məlumat ötürüb - İcra başçısı haqda ŞOK İDDİA

Asif Ağayev MTN-ə kimlər barədə məlumat ötürüb - İcra başçısı haqda ŞOK İDDİA

Asif Ağayev MTN-ə kimlər barədə məlumat ötürüb - İcra başçısı haqda ŞOK İDDİA
23-01-2017, 11:28

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəıhbərliyinin saman-saman ayrı-ayrı məmurları da hədəfə aldığı artıq sirr deyil. Bu barədə hazırda məhkəmə və ibtidai istintaqı aparılan ayrı-ayrı cinayət işlərində də yetərincə faktlar əks olunub. Məsələn aydın oldu ki, MTN-nin quldurluqla çəşğul olan rəhbərliyi hətta Bakı metrosunun sabiq rəhbəri, nüfuzlu YAP-çı Tağı Əhmədova da "racon kəsiblərmiş". Və belə faktlar yetərincədir.

Daxil olan informasiyalardan aydın olur ki, zamanında MTN-nin hədəfində olanlar sırasında hazırda Şamaxıya rəhbərlik edən Asif Ağayev də olub. Məlumatlı mənbənin iddialarına görə, amma Asif Ağayev sonradan sitasiyanı səyişə bilib.

Mənbənin açıqladığı şok faktlar: "Məlumdur ki, Şamaxıda imkanlı məmurların, tanınmış iş adamlarının torpaq sahələri, villaları var. Bu da sözügedən rayonu MTN üçün də cəlbedici olub. Şamaxının əvəlki icra başçısı da MTN rəhbərliyi ilə "əməkdaşlıq edib". Asif Ağayev başçı gələndən sonra da ona "qarmaq atılır" və Asif Ağayev asanlıqla tələyə düşür".

Mənbə iddia edir ki, MTN-nin adamları Asif Ağayevə əməkdaşlıq təklif edirlər və o da sonradan MTN-ə rayonda villa-torpaq-mülk sahibi olmaq istəyənlər barədə informasiyanı Eldar Mahmudovun adamlarına şatdırır:

"Beləcə əməkdaşlıq başlayır. Nəticədə bəlkə də onlarla şəxs haqsız olaraq cinayətkar şəbəkənin qurbanına çevrilir. Təbii ki, burada Asif Ağayevin də pul qazandığını söyləmək doğru olmaz. Ona hansısa faiz verilməyib. Bu yolla Asif Ağayev sadəcə olaraq, özünü hədəf olmaqdan qoruya bilib".

Onu da bildirək ki, Şamaxının RİH başçısı və onun MTN əlaqələri ilə bağlı ilginc faktlar da ötürülüb. Həmin materialları da yaxın vaxtlarda təqdim edəcəyik.

Qarşı tərəfi dinləməyə hazırıq. Bizi izləməkdə davam edin...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.