XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Göyçayda CƏLLAD ZÜLMÜ... - GİLEY

Göyçayda CƏLLAD ZÜLMÜ... - GİLEY

Göyçayda CƏLLAD ZÜLMÜ... - GİLEY
17-06-2021, 12:07

Qəbələ sakini özbaşınalıqla üzləşib. O, pandemiya dövründə aylarla çalışsa da, zəhmət haqqını ala bilmir.


Bu barədə Yenisabah.az-a danışan şikayətçi Aslanov Namiq üç aylıq pulunu ala bilmədiyini qeyd edib:

“Mən Aslanov Namiq Rasim oğlu, Qəbələ rayon Məmmədağalı kəndində yaşayıram. Pul qazanmaq, yaşamaq üçün Göyçayın Şahsultan kəndində Cəllad adlı birinin fermasında işlədim. Başqa bir yoldaşımla birgə mart ayının 12-dən iyun ayının 16-na qədər 60 baş mala baxmışıq. Özüm əqli cəhətdən zəifəm, ona görə də həmin şəxs əvvəlcədən danışdığımız məbləği mənə vermədi. Hər dəfə zəhmət haqqımı istəyəndə müxtəlif bəhanələr gətirərək söhbətdən yayındı. İşdən çıxmaq istəyənə isə ağlıma belə gətirməyəcəyim şeylərlə mənə hədə-qorxu gəlməyə başladı. Kənddən uzaq olduğum üçün yaxınlarımla ünsiyyət yarada bilmirdim. Özü də buna şərait yaratmırdı. Sahədə çalışan bir adamın telefonu ilə qardaşımla əlaqə saxladım, bildirdim ki, məni tezliklə buradan çıxarsın. Qardaşım və dayım gəlib məni işlədiyim fermadan ferma yiyəsinin qapısına apardılar”.

Pulunu ala bilməyən naxırçı deyir ki, gündəlik işə getsələr də, onları dörd aydır ki, aldadırlar, buna görə də borc-xərc içində yaşayırlar. Fermer isə hələ də pulu ödəməkdən imtina edir:

“Fermer özü gəlmədi, özü gəlmədiyi üçün oğlu bir müddət sonra gəldi. Fermerin oğlundan pulumu istədim, mənə dedi ki, pul vermirəm. Dedi ki, “hara istəyirsən məlumat ver, şikayət elə, qorxmuram sözümün arxasındayam”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.