"Aztelekom" Göyçay TKQ-nın zirzəmisində barama yetişdirməyə davam edir - İLGİNC FAKT
Aztelekom" MMC- nin Göyçay rayon Telekommunikasiya İdarəsinin zirzəmisində barama saxlanılır. Qanundankənar özfəaliyyət rayonun icra başçı, ədliyyə generalı Mehdi Səlimzadənin tapşırığına və qurumun rəhbərliyinin təlimatdan kənar icazəsinə dayanır.
Bu barədə "Demokratik.Az"-a rayondakı etibarlı mənbə məlumat verib. Adının çəkilməsini istəməyən yerli məmurun sözlərinə görə, rayon rəhbərliyi bu yolla baramaçılığın inkişafında cəfakeşlik etdiyini sərgiləməyə, plan və proqnoz öhdəlikləri yerinə yetirməyə, bu sahədəki ciddi nöqsanları pərdələməyə çalışır.
Mənbənin sözlərinə görə, təkcə adıkeçən TKQ binası deyil, əksər təşkilatların yerli nümayəndəliklərinin binalarında oxşar özbaşınalıq hökm sürür.
Xatırladaq ki, son illər ölkə başçısının tapşırığı ilə bir sıra rayonlarda baramaçılığın inkişafı istiqamətində dövlət tədbirləri həyata keçirilir. Lakin, görünür ki, Göyçayda bəzi başbilənlər üzərlərinə düşən iqtisadi və vəzifə öhdəliklərini barama qutularını təşkilatlara paylamaqla, rabitəçilərə belə zorla barama saxlatdırmaqla kompensasiya edirlər.
Xatırladaq ki, bu barədə ölkə mətbuatında dəfələrlə xəbərlər yer alıb. Buna baxmayaraq, Göyçayda bir sıra idarə və təşkilatlar hələ də ya ipək qurduna görə tələb olunan məbləği ödəməli, yaxud da hər hansı vasitə ilə onu yetişdirməlidirlər.
İnanaq ki, "Aztelekom" sözügedən özfəaliyyətin durdurulması üçün digər təşkilatlara da nümunə olacaq addım atacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...