SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Mart ayından oğlumun əlillik müavinəti kəsilib..." - GİLEY

"Mart ayından oğlumun əlillik müavinəti kəsilib..." - GİLEY

Tarix:

20-05-2021, 09:52

/ 590 dəfə oxundu.
"Mart ayından oğlumun əlillik müavinəti kəsilib..." - GİLEY

Razim İbrahimov “Gözətçi”yə göndərdiyi şikayət məktubunda bildirib ki, oğlu İbrahim Rəhimov 8 ildir ki, ikinci dərəcəli əlil kimi müavinət alırdı, amma indi pensiyası kəsilib.

“Mart ayından oğlumun əlillik müavinəti kəsilib. Buna görə Bakıda Ak. Mirqasımov adına Republika Klinik Xəstəxanasında təkrar müayinədən keçib. Ancaq sənədləri Göyçay Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) yubadır. Gah deyirlər sənədlər itib, gah da deyirlər ki, imtina gəlib. Sənədləri tələb edəndə də göstərmirlər”.

Razim İbrahimovun sözlərinə görə, oğlunun hər iki gözü zəif görür və ona “Daxili zəiflik” diaqnozu qoyulub. 2016-cı ildən isə I dərəcəli “Şəkərli diabet” xəstəliyindən əziyyət çəkir.

“Oğlüm, həm də ağır şəkər xəstəsidir. İnsulindən asılıdır, gündə iki dəfə insulin vurulur”.

Ailə məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, hələ cavab gəlməyib.

Şərhlər

XƏBƏR LENTİ