SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Daha bir icra başçısı həbs oluna bilər. - Belə davam edərsə...

Daha bir icra başçısı həbs oluna bilər. - Belə davam edərsə...

Tarix:

20-05-2021, 08:55

/ 642 dəfə oxundu.
Daha bir icra başçısı həbs oluna bilər. - Belə davam edərsə...

Ölkənin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da 2020 - ci ilin oktyabr - noyabr aylarında Qarabağ uğrunda aparılan Vətən Müharibəsi dövründə kasıb ailələrdən olan yüzlərlə gənc savaşa qatılmaq istəyi ilə rayon hərbi komissarlığına müraciətlər etmişdir. Qarabağ uğrunda döyüşlərdə şərəflə həlak olan şəhidlər rayon sakinləri tərəfindən daim ehtiramla yad edilir. Lakin şəhidlərin və qazilərin sırasında vəzifəli və imkanlı şəxslərin övladlarının adları yoxdur. Hamı bilir ki, Qarabağ kasıb və yoxsul ailələrdə əziyyətlə böyüyən övladların qanı bahasına düşmən tapdağından azad edilib. Bu faktdır. Ölkənin hər yerində olduğu kimi Masallıda da vəzifə sahibləri və imkanlı təbəqədən olanlar rayon hərbi komissarlığında bazarlıq edərək övladlarını müxtəlif bəhanələrlə hərbi səfərbərlikdən yayındırıblar. Rayon sakinlərindən öyrəndiyimizə əsasən bəzi vəzifəli şəxslər müharibə dövründə hətta övladlarını cərrahiyyə əməliyyatlarına saldırıb hərbi səfərbərliyə müvəqqəti olaraq yararsız olmaları barədə tibbi rəy almışlar. Onlardan biri İHB -nın Masallı şəhər İnzibati - Ərazi Dairəsi üzrə nümayəndəsi Əbülfəz Nuriyevdir. YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev isə döyüş bölgəsinə göndərilən gənclər qarşısında "vətən sevgisi"nə köklənmiş boğazdan yuxarı tövsiyyələrindən sonra Cəlilabad rayonunun Göytəpə qəsəbəsində hərbi səfərbərliyə çağrılmış oğlunu avtobusdan düşürüb rayona qaytarmışdır. Adının çəkilməsini istəməyən rayon ziyalılarından birinin bildirdiyinə görə müharibə dövründə İHB -sı Şahin Məmmədov, onun 1- ci müavini Məmmədhüseyn Hüseynov və İH -nin şöbə müdiri Adəm Məhərrəmov rayon hərbi komissarlığının vasitəsi ilə imkanlı şəxslərlə normal səviyyədə bazarlıq ediblər. Seyfəddin Əliyev İHB- nın göstərişlərini danışıqsız həyata keçirən fiqura çevrilib. Yəni, ağa hara desə, arabasını ora sürür. Əbülfəz Nuriyev isə İH -nin şöbə müdiri Adəm Məhərrəmovun dəstəyi ilə Şahin Məmmədova verilən külli miqdarda rüşvət qarşılığında bir aya yaxındır ki, İHB -nın Masallı şəhər İnzibati - Ərazi Dairəsi üzrə nümayəndəsi təyin olunmuşdur.
Başda Şahin Məmmədov olmaqla rayonun səlahiyyət sahibləri şəhidlərin qəbirləri üzərində pafoslu çıxışlar edərək, şəhid analarının əllərini öpərək əsil simalarını gizlətməyə çalışırlar. Ağır sosial durumda yaşayan rayon sakinləri rəhbərliyin məzhəkələrini görür. Rayondakı ədalətsizliyə və özbaşınalığa ali hakimiyyət dairələrinin susqunluğu isə anlaşılan deyil.
P.S. Masallı rayonundakı sosial və ictimai durumla bağlı araşdırmalarımız davam edəcək.
//gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ