Alı Alıyev Ramazan bayramı günlərində kümçülərlə görüşdü
Prezident cənab İlham Əliyevin respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli rayon prokuroru Elnur Rüstəmov ilə birgə Ramazan bayramı günlərində karantin qaydalarını gözləməklə Bala Bəhmənli kəndində olub, həmin kənddə ipəkqurdu saxlayan kümçülərlə görüşüb, onlarla söhbət edib, məsləhət və tövsiyyələr verib.
A.Alıyev bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən baramaçılığın uzun fasilədən sonra bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının daha da yüksəldilməsinə xidmət edir.
İpəkqurdu saxlayan kümçülər isə Prezident cənab İlham Əliyevin tapşırığı ilə respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın yenidən bərpa olunmasını yüksək qiymətləndirdilər.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...