XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Şabranda yas mərasimi verənlər cərimələndi

Şabranda yas mərasimi verənlər cərimələndi

Şabranda yas mərasimi verənlər cərimələndi
4-05-2021, 19:14

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qazbabalı kəndində xüsusi karantin rejimini pozulması ilə müşayət olunan yas mərasiminin keçirilməsinin qarşısı alınıb. Bu barədə DİN-dən verilən məlumatda deyilir.

Mayın 4-də həmin kənd ərazisində fərdi yaşayış evində ev sahibi atasının 40-ı ilə əlaqədar yas mərasimi keçirməyə cəhd edib. Daxil olmuş məlumat əsasında polis əməkdaşları kəndə gedərək mərasimin keçirilməsinə imkan verməyiblər. Sözügedən ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu da müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, karantin qaydaları barədə ətraflı məlumat verilib.

Mərasimi təşkil edən 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.