SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “İnci mebel” fabriki öz məhsullarına NİYƏ ZƏMANƏT VERMİR?.. - GİLEY

“İnci mebel” fabriki öz məhsullarına NİYƏ ZƏMANƏT VERMİR?.. - GİLEY

Tarix:

29-04-2021, 11:18

/ 611 dəfə oxundu.
“İnci mebel” fabriki öz məhsullarına NİYƏ ZƏMANƏT VERMİR?.. - GİLEY

Masallı rayonunda fəaliyyət göstərən “İnci mebel” fabrikinin mebellərinin keyfiyyətsiz və dözümlü olmamasından şikayət var.

Moderator.az-a şikayət edən Cəlilabad sakini B.Qürbətov bildirib ki, o, qızının mebelini “İnci mebel”dən alıb və Bakı şəhərinə göndərib. Vətəndaş bildirib ki, heç bir il ötməmiş divan sınıb. Bunun ardınca mətbəx və yataq mebellərinin bütün çəkməcələri xarab olub.

B.Qürbətov bildirib ki, mebelə 8 min manat pul ödəyib. Görünüşündən adamı cəlb edən mebellərin sən demə keyfiyyəti yox imiş. Alandan az sonra “künc” divan sınaraq sıradan çıxıb və vətəndaş onu özü təmir etdirməli olub.

Mebellərə isə fabrik heç bir zəmanət verməyib. İndi də vətəndaş mebellərin çəkməcələrini təmir etdirməyə hazırlaşdığını bildirib.

Şərhlər

XƏBƏR LENTİ