Mingəçevirdə yas mərasimi keçirilməsinin qarşısı alınıb
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı çoxmənzilli yaşayış binasının həyətində yas mərasimi təşkil edildiyi müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib və mərasimin keçirilməsinin qarşısını alıblar. Ev sahibi ilə profilaktik söhbət aparılıb və mövcud qaydalara riayət etməyin vacibliyi bildirilib. Mərasimin təşkilatçısı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...