Şəkidə gecə 12-dən sonra fəaliyyət göstərən iki obyekt aşkarlanıb
Şəkidə karantin rejimi qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərən kafe və çay evi aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı Baş Küngüt kəndində yerləşən kafenin və şəhər ərazisindəki “BMW” adlı çay evinin gecə saatlarında fəaliyyət göstərdiyi müəyyən olunub. Həmin obyektlərin icarədarları- Azər Nəsrullayev və Vüsal Ağəmmədov, həmçinin 14 nəfər müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...