Mingəçevirdə gecə saatlarında işləyən, müştərilərə qəlyan təklif edən bir neçə obyekt aşkarlanıb
Mingəçevir şəhərində karantin qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərən, eləcə də müştərilərə qəlyan təklif edən bir neçə obyekt aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı “Travel” və “Çempion” çay evlərinin sanitar-epidemioloji normaları pozaraq, gecə saat 12-dən sonra işlədiyi məlum olub. Həmin obyektlərin icarədarları–Nizami Mustafayev və Razi Əliyev, eləcə də 7 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə çay evlərini işlədənlər barəsində müvafiq qərar qəbul olunub.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə “3D” çay evində müştərilərə qəlyan təklif edildiyi və ondan istifadəyə şərait yaradıldığı məlum olub. Həmin obyektə baxış keçirilib və icarədar Nurlan Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.






Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...