SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəmkirdə rəsmən siyasi böhran ab-havasıdır... - və ya düşünülməmiş kadr siyasəti

Şəmkirdə rəsmən siyasi böhran ab-havasıdır... - və ya düşünülməmiş kadr siyasəti

Tarix:

12-04-2021, 11:51

/ 505 dəfə oxundu.
Şəmkirdə rəsmən siyasi böhran ab-havasıdır... - və ya düşünülməmiş kadr siyasəti

"6 ildən artıqdır Alimpaşa Məmmədov qərb zonasının ən varlı rayonu olan Şəmkir rayonuna rəhbərlik edir. Dövrü mətbuatda, internet resurslarında Alimpaşa Məmmədovu fenomen adlandırsaq yanılmarıq. Yas yerlərinə basqın, pandemiya dövründə restoranda rəqs və bu kimi özbaşınalıqlar artıq adət halını alıb. Cəzasızlıq mühitində daha da sərbəstləşən Alimpaşa Məmmədov Şəmkirə son zərbəsini endirdi". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildilir: "Şəmkir rayonunda gedən siyasi prosesləri yaxından izləyən hər kəs açıq aydın şəkildə görər ki, kadr siyasəti, kadr təyinatları çox biabırçı bir vəziyyətdədir. Təyin etdiyi kadrları 3-5 aydan sonra asanlıqla işdən azad edən Alimpaşa Məmmədova sual verən yoxdur ki, bu kadr qabiliyyətsiz, savadsız idisə tələm tələsik niyə təyin edirdiniz ? Sizi nə tələsdirirdi ki, kadrı yaxından tanımaq üçün zaman tanımırdınız ?

Yox əgər kadr bütün tələblərə cavab verirdirsə, niyə 3-5 aydan sonra işdən azad edib, nəinki aşağı vəzifəyə təyin etmək, tam işsiz qoyursunuz ?!


Mövzudan çox uzaqlaşmaq istəmirik. Ötən həftənin son günləri Şəmkir rayon Təhsil Şöbəsinə yeni müdir təyin olundu. Yeni müdir bilirsiniz kimdir ?

Qüdrət Məhərrəm oğlu Əliyev 27 iyul 1983-cü ildə Şəmkir rayonunda anadan olub. Gəncə Dövlət Universitetinin tarix fakültəsini, Prezident yanında Dövlət İdarəçilik Akademiyasını, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Şəmkirdə bir zamanlar fəaliyyət göstərən Ata Quşçuluq fabrikində, Şəmkir rayon icra hakimiyyətində, 2008-2013-cü illərdə Şəmkir rayon Mədəniyyət və Turizm Şöbəsində müdir, 2013-cü ildən son təyinata qədər isə Şəmkir rayon icra hakimiyyəti başçısının 1- ci müavini vəzifələrində çalışıb.

Oxucularımız yuxarıdakı məlumatları oxuyarkən təhsil sahəsi ilə bağlı hansısa söz axtarması təsadüfi deyil. Qüdrət Əliyevin yaşını və karyerasını hesablayarkən açıq şəkildə görünür ki onu hansısa əl ciddi müdafiə edib, dəstək olub. Məsələ burasındadır ki, 2005-ci ildən Şəmkir rayonu verildi o vaxtkı Vergilər naziri Fazil Məmmədovun kurasiyasına. Qüdrət Əliyevin doğma dayısı, bir zamanlar Rusiya bazarlarında ticarətlə məşğul olan Çingiz Həsənov dərhal gəldi Şəmkirə və Fazil Məmmədovla qohumluqdan istifadə edərək, nəinki özü, bütün qohum əqrəbasını yerləşdirdi vəzifələrə. Bunlar arasında isə ən şanslısı Qüdrət Əliyev oldu. 25 yaşında şöbə müdiri, 30 yaşında 1-ci müavin. İşlədiyi bütün yerlərdə tabeçiliyində olan işçilərin gülüş obyektinə çevrilən Qüdrət Əliyevin bu dəfəki işi daha ağır olacaq. İlk iş yerinin Quşçuluq olduğunu heç zaman unutmayan Qüdrət Əliyev, daim quş istehsalı sahəsində çalışmasını hərkətləri ilə insanlara sübut edib. Təsəvvür edirsiniz icra başçısı yeni müdiri kollektivə təqdim edir, zalı tərk edir, sonra Qüdrət Əliyev 79 məktəb direktoruna deyir ki, Cənab Prezident deməli, “SİZİ İTİ QOVAN KİMİ QOVARAM” ! Üzümüzü tutub Qüdrət Əliyevə deyirik, Cənab Prezident erməniləri Azərbaycanın əzəli torpağından İTİ QOVAN KİMİ QOVURDU ! Şəmkir kimi ziyalı rayonun, 79 direktorunu nəinki Siz, heç Sizi layiq olmadığınız halda ora təyin edənlər də qova bilməz ! Erməni demişkən, bu barədə də redaksiyamıza çox ciddi faktlar daxil olub, zaman zaman onu da təqdim edəcəyik.


Alimpaşa Məmmədovun səriştəsiz kadr siyasəti davam etdikcə, barəsində KİV-lərdə, sosial şəbəkələrdə yazılar təbii ki davam edəcəkdir. Şəmkir təhsili son illərdə onsuz can verirdi, bu təyinatla isə təhsil kimi millətin gələcəyi üçün vacib olan bir sahəni tam olaraq dəfn etdilər. Yaxından izləyək ki, bu dəfndən sonra ölünün ruhu ilə nə oyunlar oynanacaq, ölmüş təhsilin ruhu necə incidiləcək".

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...



Şərhlər

XƏBƏR LENTİ