Yardımlı səhiyyəsi iflic durumda... - İTTİHAM
Yardımlıda səhiyyə bərbad bir vəziyyətdədir. O boyda rayonda rentgoloq yox, dopler müayinə yox, tomoqrafiya yox, lor həkimi yox, narkoz həkimi yox, laboratoriya həkimi yox və s. Ümumiyyətlə Yardımlıda yardımlılara YOX ifadəsini yağlı tikə kimi sırıyırlar.
Günü- gündən dərdləri qalaq , qalaq olub, qalanan yerli sakinlər bütün idarələrdə bir çimdik vicdan axtarışındadı. İdarə və müəssələrə rəhbər gəlib, gedənlərin isə nə az nə çox, ən azı paytaxt və bölgələrdə bir neçə malikanəsi və çox sayda obyektləri olur. Sözüm odur ki, əhali rəhbərsiz, uşaqlar məktəbsiz, xəstə həkimsiz qalıb bizim rayonda. Yardımlıda əhli-həyat belədir mənim əzizlərim. Yardımlının dərdi var Yardımlı bərk xəstədi. Dərdə çarə nə dəva tapılır nədə ki, təbib…
Sizlərə ərz edib ki xəstəxana binası çox gözəl olsa da xəstəxanada vəziyyət acınacaqlı haldadır. Çoxlu sayda həkimə ehtiyacı olan xəstəxana hal-hazırda durğunluq hayatını yaşayır. Müalicə üçün Yardımlı rayon xəstəxanasına bir dəfə müraciət edən xəstə, ikinci dəfə ora getmək belə istəmir. Çünki birinci müraciətində yanlış müalicə aldığı yadına düşür və məcbur olub digər rayon xəstəxanalarına və ya paytaxt xəstəxanalarına üz tutur.
Onu da qeyd edim ki, rayonun çox savadlı həkimləri var. Lakin onların çoxu şəraitsizlikdən və onlara qoyulan qiymətdən narazı qalaraq əsasən paytaxt xəstəxanalarında işləməyi üstün tutmuşlar. İndi bu binəva rayon camaatıının günahı nə idi ki, Yardımlı rayonunda doğulmuşdur…!? Rayon camaatının halına yanan olacaqmı? Rayon rəhbərliyi niyə lazımi tədbir görmür? Niyə xəstəxanaya həkim və ya mütəxəssislər cəlb etmək üçün adekvat addımlar atmır?. Məyər ölkə rəhbərliyinin tapşırıq və tövsiyyələri xalqı incitmək, xalqa zülm etmək missiyası daşıyır..!? Bütün bu suallara cavabı başqa idarələrdəki kimi rayon İH-də axtarmağa dəyməz. Tam məsuliyyətlə deyə bilərəm ki, İcra hakimiyyətində vəzifə tutan hər kim varsa “Araz aşığından Kür topuğundan” olan kimsələrdir. Şəklilər demişkən “…ha indi salamat qalın…”
/Əkbər Sadiyev Turkazinfo/L

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...