SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Daha bir Qarabağ Qazisi narazılıq edir... - Prezidentə müraciət olundu

Daha bir Qarabağ Qazisi narazılıq edir... - Prezidentə müraciət olundu

Tarix:

12-04-2021, 09:21

/ 432 dəfə oxundu.
Daha bir Qarabağ Qazisi narazılıq edir... - Prezidentə müraciət olundu

Bərdə şəhəri H.Aslanov küçəsi ev 26-da yaşayan Əliağalı İbrahim Firdovsi oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarına

MÜRACİƏT

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandanımız İlham Əliyev cənablarına müraciət edirəm.

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandanımız!

1998-ci ildə Bərdə rayonunda anadan olmuşam.Orta ixtisas təhsili almışam. Yəni Ağdam Dövlət Sosial İqtisadi Kollecinin nəqliyyatda daşınmaların təşkili ixtisası üzrə subbakalavr dərəcəsi almışam. Könüllü orduya yazılaraq 27 sentyabr 2020-ci ildə başlanan əks hucum əməliyyatlarında iştirak etmişəm.Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının azad olunması uğrunda döyüşmüşəm. Bu döyüşlər zamanı dəfələrlə ölümlə üzbəüz olmuşam. Talehin qisməti ilə şəhidlik mənə nəsib olmayıb. Sağ qalmışam.

2020-ci ilin aprel ayından Bərdə Rayon Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmışam. Bu ilin mart ayının sonunda işlə təmin olunmağım üçün təkrar Bərdə Rayon Məşğulluq Xidmətinə getdim. Məşğulluq Xidmətində dedim ki, mən Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin çağrışı ilə könüllü olaraq döyüşə getmişəm. Muharibə iştirakçısıyam. Bu torpaq uğrunda həyatıma risk etmişəm. Ali Baş Komandanın xususi tapşırığı var ki, müharibə iştirakçıları işlə təmin olunmalıdılar. Qəbul otağındaməni qəbul edən Məşğulluq Xidmətin işçisi mənə dedi ki, hələki vakant yeri yoxdur. Olanda özümüz Sizə xəbər edəcəyik.

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandanımız!

Ermənilər Bərdə şəhərini raket atəşinə tutan zaman atam ağır yaralanıb. Əmək qabiliyyəti yoxdur. Digər qardaşım ali təhsil aldığı üçün işləyə bilmir.Ailənin yeganə işləyən üzvi mənəm.Məndə iş tapa bilmirəm.Bərdə Rayon Məşğulluq Xidmətiidə deyir nə vaxt vakant yer olacaq Sizə özümüz xəbər edəcəyik. Amma nə vaxt olacaq? Bunu dəqiq demirlər.

Mən telekanallarda baxıram mətbuatdan oxuyuram ki, dünyada iqtisadi-maliyyə böhranının davam etməsinə baxmayaraq Azərbaycan hərtərəfli inkişaf edir. Ölkəmizin bütün bölgələrində çox böyük infrastruktur və sosial layihələr icra olunur. Bu ona görə edilir ki, ölkəmiz güclənsin, Azərbaycan vətəndaşları yaxşı yaşasınlar. İşlə təmin olunsunlar.Yüksək maaş alsınlar. Amma təssüf ki, mən belə bir ölkədə iş tapa bilmirəm. Aşağı miqdarda maaşada razıyam. Təki iş olsun İnanmaq istərdim ki, mən yaxın vaxtlarda normal bir işlə təmin ediləcəm. Ona görədə Sizdən xahiş edirəm mənə bu məsələdə köməklik edəsiniz.

Hörmətlə: Əliağalı İbrahim Firdovsi oğlu

Əlaqə tel (050) 446 50 30 ,

Şərhlər

XƏBƏR LENTİ