SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Mingəçevir sakini dələduzluqla qarşılaşmasından şikayətçidir - Müraciət...

Mingəçevir sakini dələduzluqla qarşılaşmasından şikayətçidir - Müraciət...

Tarix:

9-04-2021, 10:59

/ 491 dəfə oxundu.
Mingəçevir sakini dələduzluqla qarşılaşmasından şikayətçidir - Müraciət...

Mingəçevir şəhər, Naxçıvan küçəsi 40, mənzil 66-da yaşayan İlkin Hacıyev “Gözətçi”yə göndərdiyi şikayətində dələduzluqla qarşılaşdığını bildirib.

Şikayətçinin sözlərinə görə, 2019- cu il noyabrın 14-də özünü Nar Mobile şirkətinin əməkdaşı kimi təqdim edən Ruslan adlı şəxs ona zəng edib və onda olan gold (qızıl) nömrəni yeddi yüz əlli manata satmaq istədiyini söyləyib:

“Mən də qiymətlə razılaşaraq almaq istədiyimi dedim. Həmin şəxs mənə bank kartı göndərdi və pulu ora köçürməyimi istədi. Səbəb olaraq da bildirdi ki, mən mərkəzə gedənə kimi bütün sənədləşdirmə işlərini həyata keçirə bilsin”.

İlkin Hacıyev deyilən məbləği bank hesabına köçürdükdən sonra görüş üçün təyin edilən Nar Mobile Mərkəzinə getsə də, adıçəkilən şəxslə görüşə bilməyib:

“Görüş yerində əvvəl danışdığım nömrəyə zəng etdim, ancaq zəng çatmadı. Dələduzun toruna düşdüyümü anlayıb, DİN-nin 102 Çağrı Mərkəzinə zəng edib şikayətimi bildirdim. Şikayətim Nərimanov rayon Polis İdarəsinə göndərildi”.

Şikayətçi iddiasına görə, onda olan bütün dəlil və sübutları işi araşdıran müstəntiq Rahib Əliyevə təqdim edib. Ancaq müstəntiq Əliyev işin bütün hallarını araşdırmadan, mütəşəkkil dəstə (Ruslan və bacısı Ceyran Rüstəmova) tərəfindən vətəndaşa dəymiş ziyanın geri qaytarılmasını tələb etmədən, əsassız olaraq, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.

İlkin Hacıyev məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə, Baş Prokurorluğa və Ombudsmana müraciət etsə də, şikayəti cavabsız qalıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ