Zaqatalanın icra başçısı geri çəkildi - İDDİA
Ötən günlərdə xəbər vermişdik ki, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə Novruz Bayramı ərəfəsində II Qarabağ savaşında Şəhid olan qəhrəmanlarımızın ailələrini ziyarət edib. JAMAZ.İNFO-ya daxil olan məlumata əsasən icra başçısı məzarlıqları dolaşaraq, Şəhidlərin ruhuna dua oxuyub. Bu zaman onun müavinlərindən biri I Qarabağ savaşında Şəhid olanların da məzarlarını ziyarət etməyi təklif edib. Lakib Mübariz Əhmədzadə cavab olaraq “Onlar köhnə Şəhidlərdir, ziyarətə ehtiyac yoxdur” deyərək, ayrı-seçkilik edib.
Həmin məlumatlara əsasən Əhmədzadənin bu sözləri bütün rayona yayılıb və ciddi narazılığa səbəb olub. Belə ki, I Qarabağ savaşında Şəhid olanların ailələri etiraz edərək, icra başçısının ayrı-seçkilik etməsini qınayıblar. Bundan əlavə, onlar ölkə rəhbərliyinə müraciət edərək, Əhmədzadə ilə bağlı tədbir görülməsini istəyiblər.
Aldığımız son məlumatlara görə, Zaqatalanın icra başçısı etdiyi səhvin ciddi narazılığa səbəb olduğunu görərək, geri çəkilib. JAMAZ.İNFO-ya verilən məlumata görə, Mübariz Əhmədzadə I Qarabağ savaşında Şəhid olmuş qəhrəmanlarımızın ailələrinə yardım edilməsi, onların problemlərinin həll edilməsi üçün tapşırıq verib. Martın sonlarından etibarən yerli icra nümayəndələri Şəhid ailələrinə baş çəkərək, onlara “bayram payı” təqdim edib. Eyni zamanda, Zaqatalada müharibədə Şəhid olmuş igidlərimiz üçün böyük bir xatirə lövhəsi hazırlandığı, Şəhidlərimizin şəkillərinin orada əks olunacağı və bunun üçün qəhrəmanların fotoşəkillərinin lazım olduğunu bildiriblər.
Xatırladaq ki, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə ötən həftə işdən çıxarılan Su və Meliorasiya ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşıdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...